Məşhur çipsi markası marketlərdən yığışdırılır - Ölüm riski var
Dünyaca məşhur qida markaları ardıcıl geri çağırma qərarları ilə gündəmə gəlir.
Milli.Az xəbər verir ki, "Coca-Cola" məhsullarında yüksək miqdarda xlorat aşkar edilməsindən sonra bu dəfə "Lays" çipslərində bəyan edilməmiş süd tərkibi aşkar edilib.
"Coca-Cola" məhsulları geri çağırılır - Tərkibində görün nə aşkarlandı
Coca-Cola-nın geri çağırma qərarından sonra ABŞ Ərzaq və Dərman Administrasiyası (FDA) Lays markasının ABŞ bazarı üçün istehsal edilən 350 qramlıq paket çipsində bəyan edilməmiş süd məhsulu aşkar edib. FDA-nın açıqlamasına görə, bu, xüsusilə süd allergiyası olan istehlakçılar üçün ciddi sağlamlıq riski yaradır və hətta ölümcül allergik reaksiyalara səbəb ola bilər.
FDA Lays çipslərini ən yüksək risk səviyyəsində qiymətləndirib. Məlum olub ki, bu çipslər yalnız Vaşinqton və Oreqon ştatlarında satılıb.
Səlahiyyətlilər istehlakçılara məhsulları istehlak etməməyi və geri qaytarmağı tövsiyə ediblər.
Fidan
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi