Məşhur həkimdən SOS: Hərarət saat 17:00-da 37.3 göstərirsə...

Məşhur həkimdən SOS: Hərarət saat 17:00-da 37.3 göstərirsə..."İnsanlarda stress, yuxusuzluq, əsəbi gərginlik yüksək səviyyəyə qalxıb. Üstəlik havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu karonavirusun əlamətlərini xatırladır deyə insanların narahatlığı və qorxusu artır. Zatən Azərbaycanda 70% insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir.
"Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur normal olaraq yüksək ola bilər.
Həm kişilərdə, həm qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur.
Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır.
Ümumiyyətlə hərarət ağızda ölçülməlidir, termometr dilin altına qoyulmalıdır. Əlbəttə ki, termometrlər müxtəlifdir, hərəsinin öz üstünlüyü və çatışmazlığı var, böyük mövzudur, gələcəkdə bu mövzuya toxunaram.
Ağızda ölçülən temperatur 38 dərəcə göstərməlidir ki, qızdırma var deyək. Əslində hələ böyüklərdə 38.3-dür, mən bir az azaldıram ki, ehtiyatlı olsunlar. Qoltuqaltında isə 37.5-dən yuxarıdırsa, diqqət tələb edir. Bu rəqəmlərdən aşağı olan hərarət qızdırma sayılmır, heç bir klinik əhəmiyyəti yoxdur. Alında lazerlə ölçülən termometrlərdə isə siqnal 37.7 olmalıdır.
Bəzən deyirlər ki, ay həkim, məndə neçə gün 37.3 temperatur oldu, bunun səbəbi nə idi? Yuxarıda yazdıqlarımı oxuyun. Əlavə edim ki, biz insanlar hər gün əhəmiyyətsiz, müalicəyə ehtiyac olmayan çoxsaylı "xəstəliklərə" tutuluruq və öz-özümüzə sağalırıq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2262   Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari geyim dəbləri yoğun bağırsaq xəstəlikləri gözəllik və makiyaj qan qruplari qisa saclarin yigilmasi kosmetika novruz bayrami hakisda damla qiz adlari kurtlar vadisi vətənə aid atalar sözləri