Məşhur həkimdən virusla mübarizdə vacib tövsiyələr: "Qarpız yeyin, doğramac için"

Məşhur həkimdən virusla mübarizdə vacib tövsiyələr: "Qarpız yeyin, doğramac için""Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur".
Publika.az xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.
O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur.
Çoxlu qarpız yeyin, doğramac için
"Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.
Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir".
Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.
Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2174   Tarix: 07 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda