Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmır

Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmır"Apteklərdə vitamin C, sink tapılmamasından və qiymətin çox baha olmasından şikayət edirlər. Bilin ki, bunları aptekdən almağa ehtiyac yoxdur. Əvvəla satılan vitamin C sintetikdir. İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə bunların çatışmazlığı yaranmasın deyə lazımdır".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, artıq dozada C vitamininin əhəmiyyətinin olmadığını qeyd edib:
"Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii vitamin C mənbələri bunlardır: brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidor.
Profilaktik məqsədlə sinki də aptekden almayın. Yüksək doza sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları - qatıq, süzmə, kəsmik, pendir. Vegetarianlar lobyadan, badamdan, qoz-fındıqdan, paxladan sink ehtiyaclarını ödəyə bilərlər".
Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmırDaha sonra mütəxəssis vitamin D-nin vacibliyindən söz açıb. O, ən yaxşı vitamin D mənbəyinin Günəş şüaları olduğunu qeyd edib və isti havada qolların, ayaqların açıq qalmasının vacibliyini vurğulayıb:
"Orqanizmin D vitamininə olan tələbatının cəmi 20%-i qidalarla, 80%-i isə Günəş şüası vasitəsilədir. Vitamin D çox qəbul etmək olmaz, çünki suda həll olunan vitaminlərdən fərqli olaraq onun hipervitaminozu - zərəri var.
Amma günün altında çox qalmayın. Gündəlik yarım saat bəs edir. Həm də günəşlənərkən ultrabənövşəyi şüalara qarşı filtri olan eynəklərdən istifadə etməyin.
İnsanın dərisində melanosit adlı hüceyrələr var, bunlar melanin adlı dəri piqmenti istehsal edir. Melanin isə dərini ultrabənövşəyi şüaların kanserogen təsirindən qoruyur. Melanositlər nə qədər çox işləsə, dəridə melanin çox olar- dəri tündləşər. Melanositin nə qədər melanin istehsal etməsinə nəzarət isə melanosit stimulyasiyaedici hormon vasitəsilədir. Bu hormonu hipofiz ifraz edir və siqnalı gözlərdən götürür. İşıq nə qədər çoxdursa, bu hormon da o qədər çox çıxacaq. Qara eynək taxdıqda gözlərə çox şüa düşmədiyi üçün lazımi miqdarda hormon çıxmır və melanin artmır. Nəticədə melanin az olan dəridə Günəşin ultrabənövşəyi şüaları xərçəng törədə bilər.
Ayaqların və qolların açıq olması D vitamini ehtiyacını 80% qarşılayır. Qalan 20 % isə qidalarda - süddə, balıqda, yumurta sarısında var".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2312   Tarix: 29 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

maskalar kosmetik vasiteler makiyaj instagram ariqlamaq ucun yasil cay qadin psixologiyasi hakistalar abşeron tortu kosmetika veten gozde olar hakista sevda novruz hakista