Məşhur içkilərin tərkibindəki bu maddə xərçəng yarada bilər - ÜST
Populyar şirinləşdirici maddə aspartam kanserogen (xərçəng yaradan) effektə malik ola bilər, lakin sutkalıq istifadəsi insan çəkisinin hər 1 kiloqramına 40 mq nisbətində məqbuldur.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (BXAA) birgə məlumat yayıb.
"Məsələn, diyetik alkoqolsuz içkinin bir bankasında 200 və ya 300 mq aspartam olduğunu nəzərə alsaq, 70 kq çəkisi olan insan, digər qida mənbələrindən istehlak olmadıqda, gündə 9-14 bankadan çox içməlidir ki, icazə verilən sutkalıq normanı aşsın", - məlumatda qeyd olunur.
Qeyd edək ki, aspartam 1980-ci illərdən bəri diyetik içkilər, saqqız, jelatin, dondurma, yoqurt, quru səhər yeməkləri, diş pastası və bir sıra dərmanların tərkibində olan süni (kimyəvi) şirinləşdiricidir. Aspartam "Coca-Cola Light", "Coca‑Cola Zero", "Pepsi Max", "Red Bull" və s. içkilərin tərkibində var.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi