Məşhur professor vaksin müharibəsinə dair bütün gerçəkləri AÇDI

Məşhur professor vaksin müharibəsinə dair bütün gerçəkləri AÇDIAvropa İttifaqının 27 ölkəsində yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlərə pasport veriləcək. Bu pasportlar Avropa ölkələrinə daha rahat səyahət etmək imkanı qazandıracaq. Bunlar "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" peyvəndləridir.
Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri şöbəsinin müdiri, professor Mehmet Ceyhan Çinin "Sinovac" və Rusiyanın "Sputnik V" peyvəndlərinin Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməmə və onlara peyvənd pasportlarının verilməsinin əsas səbəblərini açıqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor bunun kökündə ticari amillərin dayandığını qeyd edib.
"Başqa bir məsələ Çindən bioloji məhsul alarkən məlumatların açıqlanmamasıdır. Ölkələr məlumatları özləri açıqlamaq məcburiyyətində qaldı. Peyvəndin mutant virusa qarşı təsirinin azalıb-azalmamasını müəyyənləşdirmək üçün təzyiq var idi. Amma Çində bunun üzərində çalışmırlar. Qorxurlar ki, koronavirusa qarşı hazırlanmış peyvəndlərin mutant virusa qarşı effektiv olmadığı aydınlaşar və vaksinlər əllərində qalar. Çinin bu sistemi səbəbilə oradan gələn vaksinlərə güvənmirlər. Rusiya da eyni şəkildə davranır. Etiraf etmək lazımdır ki, peyvənd bazarında daha çox pay almaq mövzusunda da ciddi mübarizə gedir. Çünki digər peyvəndlər Avropa və Amerikada istehsal olunur.
"Sinovac" və "Sputnik V" peyvəndləri siyahıya daxil edilmədiyi üçün peyvənd olunan şəxslər 48 saat içində koronavirus testi etdirməlidirlər, neqativ cavab çıxdıqdan sonra isə Avropa ölkələrinə səyahət edə biləcəklər. Onların qəbul etdiyi peyvəndləri etdirsəniz, belə bir məcburiyyət yoxdur, istədiyiniz zaman təyyarəyə minib səyahət edə bilərsiniz. Peyvənd pasportunun ilk gündəmə gəldiyi zaman belə bir nəticənin olacağı məlum idi. Açıqladılar ki, Çin və Rusiya peyvəndləri təsdiqlənmədikcə bir meyar kimi qəbul edilməyəcək".
Ekspert Çin və Rusiya vaksinlərinin EMA-nın vaksin siyahısında təsdiqlənəcəyinə dair ciddi şübhələri olduğunu diqqətə çatdırıb:
"Avropa ölkələrində daha çox "Biontech" peyvəndi istifadə olunur. Uşaqlarda da peyvənd sınaqlarına başlanılıb, bu araşdırmaların nəticələri payız aylarında bəlli olacaq. Hazırda bu istiqamətdə "BioNTech", "Moderna" və "Johnson&Johnson" araşdırmalar yürüdür. "Sinovac"ın belə bir tədqiqat aparacağını düşünmürəm. Uşaqların vaksinasiyasında təsiri təsdiqlənməmiş vaksinləri istifadə edə bilmərik. Uşaqlar üçün hazırlanan vaksin şirkətləri ilə əməkdaşlıq etməliyik. Əks halda uşaqlar üçün vaksin çıxdığı zaman əldə edə bilməyəcəyik. "Sinovac"ın bir dezavantajı budur. "Bu məlumatı yeniləyin", "Mutasiyalara qarşı təsirli olduğunu öyrənin" deyirik, amma baxmırlar".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3013   Tarix: 14 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan