Məşhur professordan SENSASİON PROQNOZ: Xərçəng də koronavirus kimi... - VİDEO

Məşhur professordan SENSASİON PROQNOZ: Xərçəng də koronavirus kimi... - VİDEOVideo əlavə olunub.

xxx
Hazırda dominant mutasiya Delta variantıdır. Laboratoriya sınaqlarında gördüyümüz kimi, hazırladığımız peyvənd onu da neytrallaşdırır. Delta variantına qarşı tam qorunma əldə edilə bilər. Antikor zamanla azalsa da, peyvəndin üçüncü dozasının antikor səviyyəsini yüksəldəcəyini xatırlatmaq vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri "BioNTech"in qurucusu, türkiyəli professor Uğur Şahin və Özlem Türeci deyib. Yunanıstanın "İmparatoriçe Theophano" mükafatına layiq görülən alimlər jurnalistlərin suallarını cavablandırıb. Uğur Şahin bildirib ki, koronavirusa qarşı antikorların nə qədər davam edəcəyini zaman göstərəcək:
"İlk dozadan sonra antikor səviyyələri çox yüksəlir və ümid edirik ki, bu təsir gələn yaza qədər davam edəcək. Sonra antikor səviyyələrinə baxmalı və yeni bir variantın gəlib-gəlmədiyini gözləməliyik. Hazırda onu söyləyə bilərik ki, peyvənd olunanların təhlükəsizliyi qorunur.
Üçüncü doza olmadan xəstəliyin ötürülməsi davam edəcək. Bilirik ki, iki doza vaksin ağır xəstəlikləri xeyli azaldır. Buna görə də, ikinci doza ağır xəstəliklərə qarşı müdafiə təmin edir, lakin üçüncü doza xəstəliyin ötürülməsini tamamilə dayandıracaq".
Özlem Türeci isə qeyd edib ki, MRNA texnologiyası hüceyrənin quruluşunu dəyişdirmir: "İneksiya edildikdən sonra öz işini görür və immun cavab yaradır. Yəni bədəndə heç nə dəyişmir. Klinik testlərimizdə 40 mindən çox insan peyvənd olunub, artıq dünyada yüz milyonlarla insan peyvənd edilib və məlumatlar bizə bunun təhlükəsiz olduğunu göstərir.
Təbii ki, hər dərmanın mənfi təsirləri var. Amma MRNA peyvəndlərindən fərqli deyil. Peyvənddən sonra baş ağrısı və halsızlıq yarana bilər, bundan daha ciddi əks təsirləri yoxdur. Peyvənd olunmaq istəməyənləri inandırmaq üçün bir şey söyləmək mənim işim deyil. Bizim işimiz məlumatları yaratmaq və insanlara peyvəndin əhəmiyyətini anlamalarına kömək etməkdir".
Uğur Şahin isə məlumat çirkliliyinin problem olduğunu xatırladıb: "Kimsə peyvənd olunmaq istəmirsə, ona bir sual verməliyik və səbəblərini anlayaraq danışmalıyıq. Açıq və müzakirəyə hazır olmalıyıq.
İnanıram ki, tezliklə xərçəng də vaksinlərlə müalicə edilə bilər. 20 ildən artıqdır ki, kök hüceyrələrlə işləyirik və bu texnologiya haqqında da məlumatımız var. Dörd il əvvəl melanoma xəstələri üzərində araşdırmalar apardıq. İndi yüzlərlə xəstə ilə tədqiqatlara başladıq. Bu testlərin nəticələrini gələn il və ya 2023-cü ildə öyrənəcəyik. Nəticələr müsbət olarsa, ilk xərçəng peyvəndlərinin təsdiqlənməsi iki, üç və ya dörd il ərzində tamamlana bilər.
Xərçəng şişi çıxarılan xəstələrin 30-40 faizində iki-üç il ərzində şiş yenidən meydana gəlir və böyüyür. Bu, ciddi bir problemdir. Xəstələr sağalırlar, ancaq iki və ya üç il ərzində metastaz verirlər. Biz xərçəng xəstələrinin yenidən xəstələnməsinin qarşısını almaq üzərində tədqiqatlar aparır və bunun üçün çalışırıq".
Özlem Türeci yekunda koronovirus pandemiyasının bitmə tarixi haqqında önəmli mesajlar verib:
"Virusla bir müddət yaşayacağıq. Bu, bizim yeni normal halımız olacaq, buna öyrəşəcəyik və virusun qorxulu hissəsi yox olacaq. Bir müddət sonra qripə bənzəyəcək, peyvəndlənəcək və daha uzun müddət qorunma təmin ediləcək. Ancaq bu, dünyanın üzləşdiyi son ölümcül pandemiya olmayacaq. Buna görə də hazır olmalıyıq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1596   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

geymler 2026 toy makiyaji sekilleri donlar 2026 veten haqqinda atalar sozu saç tökülməsi dirnaq pilkalamaq hicablı geyimlər kosmetika aydin sani gozde olar maskalar qaynana hakista xanım az