Mətanət İsgəndərlinin qızından ŞAD XƏBƏR: 3-cü dəfə... FOTO
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin toyu olacaq.
Axşam.az-ın məlumatına görə, rəqqasə Fatimə Fətəliyeva müğənni və övladının şəklini paylaşaraq "Allah Ülkər balamızı xoşbəxt eləsin. Tezliklə toy olacaq" şərhini yazıb.
Xatırladaq ki, M.İsgəndərli açıqlamasında toyun sentyabrda baş tutacağını deyib. Ülkərin nişanı martda olub. Onun ailə qurmağa hazırlaşdığı şəxs Türkiyə vətəndaşıdır.
Ülkərin toyu həm Bakı, həm də qardaş ölkədə olacaq.
Qeyd edək ki, bu Ülkərin üçüncü nişanlısıdır.