Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram
Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
azxeber.com Axşam.az-a istinafdən xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkət etməyi sevdiyini bildirib:
"Ömrümdə maşın sürməmişəm. Sürə də bilmirəm. Bir dəfə filmdə Fərda Xudaverdiyev və Nicat Rəhimovla çəkiliş zamanı maşın sürdüyüm səhnə var idi. Maşın gedirdi, qarşıdan da avtomobillər gəlirdi. Maşının sahibinin rəngi ağardı. Fərda tez əlini atdı. Həm qorxuram, həm də mənə maraqlı deyil. Xidməti sevirəm. Burada saxlamaq olmaz, orada düş, hündürdabanla gəl, o tərəfə get... Nəyimə lazımdır?".
Aktrisa ev işlərinə çox vaxt ayırmadığını da qeyd edib. O, uzun müddətdir mətbəxə girmədiyini və alış-veriş etmədiyini söyləyib:
"Çoxdandır mətbəxə girmirəm. Vaxtım yoxdur. İnanın ki, saçımı daramağa belə vaxt tapmıram. Ancaq salonda saçımı fenlətdirirəm. Bazarlıq da etmirəm. Sürücümüz var, bütün hər şeyi o alır. Artıq 20 ildən çoxdur bazarlığı edir".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar