"Meymun çiçəyi" Azərbaycanda yayıla bilər? - Həkim AÇIQLADI

"Meymun çiçəyi" virusunun ölüm faizi yuxarı olduğu üçün təhlükəli hesab olunur. Ancaq adıçəkilən virus yeni deyil. Bu xəstəlik 1950-ci ildə aşkar olunub və bir müddət sonra peyvəndlərin yaradılması ilə yayılmasının qarşısı alınıb.
Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
O qeyd edib ki, bu virus qorxulu olsa da, koronavirus kimi dünyada geniş yayılması mümkün deyil: " "Meymun çiçəyi" virusu təbii çiçək xəstəliyinə bənzərdir. Bu virus adından da göründüyü kimi, Afrika meşələrində olan meymunlarda yaranıb. Daha sonra isə orada olan insanlarla təmasa keçdiyi üçün insanlarda da bu xəstəlik yayılmağa başlayıb. Amma "Meymun çiçəyi" virusunun COVID-19 kimi geniş yayılması real deyil.Bu xəstəliyə yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur. Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə "Meymun çiçəyi" virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə "Meymun çiçəyi" virusundan qorunmaq olar". 

Sağlamlıq     Baxılıb: 2121   Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

geyim necə seçməli makiyaj etmek qaydalari qaşların formalari hamilə qadın terxun kompotu ayaqqabı 2026 qis modasi kosmetika insan novruz bayramına aid hakışda sperma vətən həsrətinə aid bayatılar sirniyatlar