Meymunçiçəyi Azərbaycana da gələcək - Həkimlərdən ŞOK

Meymunçiçəyi Azərbaycana da gələcək - Həkimlərdən ŞOKMeymunçiçəyi DNT tərkibli virusdur, koronavirus isə RNT tərkiblidir. Yəni meymunçiçəyi virusunun mutasiyaya uğramaq ehtimalı daha azdır. Meymunçiçəyi virusu ilk dəfə Afrikada tapılıb və orada yayılıb. Əgər çox yayılma ehtimalı olsaydı, antisanitariya və şəxsi gigiyena qaydalarına daha az əməl edən Afrika əhalisi arasında daha çox yayılardı. Hazırda yayılmış meymunçiçəyi virusunun Qərbi Afrika variantı daha yüngül keçirilir, 99% hallarda sağalma ilə nəticələnir.
Publika.az xəbər verir ki, bu barədə həkim-radioloq Aydın Əliyev danışıb. 
Meymunçiçəyi Azərbaycana da gələcək - Həkimlərdən ŞOKHəkim xəstəliyin pandemiyaya çevrilmək ehtimalının az olma səbəblərini izah edib:
" A) inkubasion və prodromal dövrdə, yəni xəstəlik əlamətləri olmayan və az olan şəxslər demək olar ki, yoluxdurucu deyil. B) Hava-damcı yolu ilə az yoluxur. C) Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymunçiçəyindən 85% sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək!
Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymunçiçəyi virusu isə poxovirus ailəsinə aiddir. 
Suçiçəyi və meymunçiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri: a) meymunçiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur".
Həkim əlavə edib ki, meymunçiçəyinə qarşı peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa, bu peyvəndin geniş istehsalı olacaq.
"Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymunçiçəyinin olmasından şübhələnirlər və bu, başa düşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir və bu, çox təəssüfedici bir haldır. Əgər hamiləlik dövrünə qədər bir xanım suçiçəyi xəstəliyi keçirməyibsə və hamiləlik dövründə bu virusa yoluxubsa, o zaman virusun onun qarnındakı uşağa-dölə keçmə ehtimalı var, yəni bu virus plasentar beryerdən keçə bilir və döldə ciddi problemlər yaradır, hətta 24% hallarda yeni doğulanın ölümünə səbəb olur. Bu, ölkəmizdə səhiyyə siyasətinin yanlış olduğunu bir daha göstərir!
Meymunçiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə və hətta cinsi əlaqə yolu ilə ola bilər.
Hava-damcı yolu ilə yoluxma nisbətən azdır, çünki koronavirusdakı kimi kiçik hava-damcı hissəcikləri ilə yoluxma olmur, böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas-öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas yolu ilə olur. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır.
Kliniki əlamətlər təzahür edən şəxslər - yəni qızdırma, baş ağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olan şəxslər özlərini təcrid etməlidir.
Yoluxan şəxslər tecovirimat (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymunçiçəyi virusuna qarşı effektli təsiri sübut edilib. 
COVID-19 pandemiyası göstərdi ki, bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı çox gəlir götürdü və aktuallığını artırdı, ona görə də ÜST-nin yeni canfəşanlığı başa düşüləndir, insanlarda lazım olandan daha çox panika yaratmaları anlaşılandır. Qorxub, stress keçirməyə əsas yoxdur", - Aydın Əliyev qeyd edib. 
Anestezioloq-reanimatoloq Şahin Məmmədov isə hesab edir ki, meymunçiçəyi pandemiya ola bilməz: 
Meymunçiçəyi Azərbaycana da gələcək - Həkimlərdən ŞOK"Pandemiya ona deyilir ki, bir neçə qitədə bu infeksiya geniş yayılsın və öldürücülük qabiliyyəti yüksək olsun. Hələ ki, onun yüksək öldürücülük qabiliyyəti müşahidə edilməyib. Spesifik müalicəsinin olmaması o xəstəliyin sağalmayacağı anlamına gəlmir. Azərbaycanda da nə zamansa bu infeksiyanın görünəcəyi istisna olunmur. Amma narahatlığa əsas yoxdur. Bu virusu koronavirus kimi gündəmə çevirmək düzgün deyil". 

Sağlamlıq     Baxılıb: 1656   Tarix: 24 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

reseptler geyim və ayaqqabılar aksessuarlar doğuş elm haqqinda atalar sozleri nermin ibrahimova sidik yolu infeksiyasi kosmetika qiz adlari xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır sevgi big.az gülməli hakıştalar