Meymunçiçəyinə qarşı peyvəndlənmə başlayır?

Meymunçiçəyinə qarşı peyvəndlənmə başlayır?Bir çox ölkələrdə meymunçiçəyinə yoluxma halları qeydə alınsa da, Həkimlərimiz bizi narahat olmamağa çağırır və bildirir ki, bu xəstəliyin pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır. Bununla belə, dünya mətbuatında mövzuya geniş yer verilməsi və xəstəliyin görüntüsü insanlarda istər-istəməz vahimə yaradır. Bu halda hər kəsi bir sual düşündürür: Meymunçiçəyinə qarşı peyvəndlənmə lazımdırmı?
Bu sualın cavabını infeksionist-hepatoloq Mərdan Əliyev Publika.az-a açıqlayıb. 
Həkim bildirib ki, suçiçəyi və təbii çiçək tamamilə ayrı xəstəliklərdir və ayrı viruslar tərəfindən törədilir:
"Suçiçəyini herpes virusları törədir, adlar oxşar olduğu üçün bu xəstəliklər bəzən qarışdırılır. Meymunçiçəyinə yaxın olan xəstəlik təbii çiçəkdir. Təbii çiçək xəstəliyi 1980-ci ilə qədər mövcud olub və o zamana qədər insanlar bu xəstəliyə qarşı peyvənd olunublar. Bu peyvənd meymunçiçəyinə qarşı da qoruyur. 1980-ci ilə qədər anadan olan şəxslərdə həm təbii çiçək, həm də meymunçiçəyi virusuna qarşı immunitet var. Təbii və meymunçiçəyi təqribən yaxın viruslar tərəfindən törədilir. Odur ki, təbii çiçəyə qarşı tətbiq olunan peyvənd meymunçiçəyinə qarşı da təsirlidir və hər ikisinə qarşı immunitet qazandırır.
Meymunçiçəyinə qarşı peyvəndlənmə başlayır?Meymunçiçəyinə qarşı əhalinin peyvəndlənməsinə hələ ki, ehtiyac görülmür. Artım müşahidə edilərsə, peyvəndlənməyə start verilə bilər. Yalnız tibb işçilərinin və müəyyən aktiv qrup şəxslərin peyvənd olunmasına qərar verilə bilər. Lakin belə artımın baş vermə ehtimalı çox aşağıdır. Ümumiyyətlə, meymunçiçəyi yeni xəstəlik deyil və ona qarşı peyvənd var. Əgər peyvəndlənməyə ehtiyac olarsa, bu, istənilən vaxt aparıla bilər. Hazırda dövlətlər gözləmə mövqeyindədir".
Səhiyyə Nazirliyi mövzu ilə bağlı məlumatında bildirib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: "Hazırda ÜST beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir".
Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu xəstəliyə qarşı kütləvi fövqəladə vaksinasiyaya başlamaq üçün heç bir səbəb görmür. Bu barədə ÜST-nin nümayəndəsi Riçard Pibodi məlumat verib. "Reuters"ə danışan Pibodi əlavə edib ki, hazırda əhalinin genişmiqyaslı peyvənd edilməsi istiqamətində hərəkətə keçməyə ehtiyac yoxdur.
O etiraf edib ki, dünyada vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur. 
Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Sağlamlıq     Baxılıb: 1893   Tarix: 25 may 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

geyim necə seçməli makiyaj etmek qaydalari qaşların formalari hamilə qadın terxun kompotu ayaqqabı 2026 qis modasi kosmetika insan novruz bayramına aid hakışda sperma vətən həsrətinə aid bayatılar sirniyatlar