Meyvələrdəki möcüzələr

Əsl şəfamız, üz daxilimizə baxa bilməkdədir.

Nar:

Meyvələrdəki möcüzələrİmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin." Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm."

Əncir:

Meyvələrdəki möcüzələrQurani-kərimdə bə`zi meyvələrin adı çəkilmişdir, əncir də onlardan biridir. Belə ki, buyurulur: "Vəttini vəz-zəytun." "And olsun əncirə və zeytuna."

Əncirin çoxlu faydası vardır. Onun tərkibində şəkər, yağ, mineral maddələr, su və nişasta vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rəhmli edir."

Üzüm:

Meyvələrdəki möcüzələrKamil bir yemək olub mikrobları aradan aparır, qanı az olan uşaqlara xeyirlidir. Bədəndə olan zəhərləri dəf edir, iştahanın artmasına səbəb olur. Onun tərkibində A, B və C vitaminləri vardır. Həz-rət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur."

Albalı:

Meyvələrdəki möcüzələrOnun tərkibində A, B, C və D vitaminləri vardır, qanın turşuluğunu aşağı salır, revmatizm və oynaq ağrılarına faydalıdır.

Gavalı:

Meyvələrdəki möcüzələrOnun tərkibində çoxlu vitamin vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Acqarına gavalı yemək başgicəllənməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır."

Heyva:

Meyvələrdəki möcüzələrİmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs acqarına heyva yesə, nütfəsi pak və övladı göyçək olar." Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mə`də divarının aşılanmasına və ürəyin möhkəmlənməsinə səbəb olur." Həmçinin buyurmuşdur: "Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına səbəb olur. 3-Qorxağı şücaətli edir."

Portağal:

Meyvələrdəki möcüzələrBir az su və bal ilə qarışdırıb içəndə bədənin kalsiumunu daha da artırır. Əgər odda bişirmək istəsəniz, qabın ağzını açıq qoyun. Onun tərkibində C vitamini vardır.

Yemiş:

Meyvələrdəki möcüzələrTez həzm olunur, insanda enerji yaradır, bədəndəki zəhərləri təmizləyir, böyrəyin yaxşı işləməsinə səbəb olur və yorğunluğu aparır. Revmatizm və böyrək xəstəliklərinə faydalıdır, amma şəkər xəstəliyinə zərərdir. Yemişi acqarına yeməyin, çünki qulunca və iflicə səbəb ola bilər. İmam Əli (ə) buyurmuşdur: "Yemişin şərbəti behişt şərbətlərindəndir." Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: "Yemişi doğrayıb yeməyin, onu dişinizlə yeyin; çünki o, mübarək və pak tərəvəzlərdəndir, dişləri təmizləyib ağardır, qəlbi pak edir və onu yemək ibadət sayılır."

Xurma:

Meyvələrdəki möcüzələrYorğunluğu və aclığı aradan aparır, qarın qurultusunu kəsir və yetmiş növ xəstəliyə şəfadır. İmam Sadiq (ə) buyurmuşdur: "Övladınızın göyçək olması üçün qadınlarınıza nifas vaxtı xurma yedizdirin." Yenə də buyurmuşdur: "Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır." İmam Əli (ə) da buyurmuşdur: "Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır."

Balqabaq:

Meyvələrdəki möcüzələrÖskürəyə, sinə və boğaz ağrılarına faydalıdır, ağlı artırır, üzü nurani və gözəl edir. Həzrət Peyğəmbər (s) kədu yeməyi sevirdi.

Qoz:

Meyvələrdəki möcüzələrUşaqların orqanizmi üçün ehtiyac duyulan şeylər qozun tərkibində mövcuddur, əgər pendirlə birgə yeyilsə, faydası daha çox olar. Şəkər xəstəliyinə tutulanlar və əqli fəaliyyətlərlə məşğul olanlara xeyirlidir. Onun tərkibində A, B1, B2, B6 vitaminləri mövcuddur. Yeməyi yaxşı həzm edə bilməyənlərə və bağırsaq xəstəliyinə tutulanlara zərəri vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Qoz və pendirin hər ikisi birlikdə dərmandır, əgər bir-birindən ayrılsalar (ayrı-ayrılıqda yeyildikdə), hər biri xəstəliyə səbəb olar."

Armud:

Meyvələrdəki möcüzələrRevmatizm xəstəliklərinə, oynaq ağrılarına və bağırsaqlara faydalıdır. Onun tərkibində A, B, C, P vitaminləri, kalsium və mineral maddələr vardır. Əsəbləri sakitləşdirir, təzyiqin qarşısını alır, qanı təmizləyir, böyrəklərin yaxşı işləməsinə səbəb olur.

Banan:


Meyvələrdəki möcüzələrİnsanın qüvvətli və yeməyin yaxşı həzm olmasına səbəb olur. Bir ədəd banan bir dana ciyərinə bərabərdir. Ürək və böyrək xəstəliklərinə xeyri vardır, insanı qan azlığından xilas edir. Əlbəttə, qaralmış bananı yemək olmaz.

Şaftalı:


Meyvələrdəki möcüzələrOnun tərkibində A, B1, B2, P, C vitaminləri və kalsium kimi maddələr vardır. Bədənə tez yayılır, təzə dərilmişini gözəlliyi qoruyub saxlamaq üçün üzə sürtmək faydalıdır, ağızın qoxusunu, susuzluğu aradan aparır və sarılıq xəstəliyinə xeyirlidir.

Qarpız:


Meyvələrdəki möcüzələrYorğunluğu aradan aparır, qanı duruldur. Onun yeməklə birgə yeyilməsi məsləhət görülür, əks təqdirdə həzm prosesinə çətinlik yarada bilər. Dənəsi qarında qurdun əmələ gəlməsinin qarşısını alır.

Ərik:


Meyvələrdəki möcüzələrİnsanın qüvvətli olmasına səbəb olur, onun tərkibində A və B vitaminləri vardır. Uşaqların yaxşı inkişaf etməsi üçün faydalıdır. Qan azlığının, zəifliyin, ishalın və dərinin dərmanıdır. Onun dənəsini yemək köpü aradan aparır. Kalı və yetişməmişi mə`dəyə zərərlidir, mə`dəsində yara olan şəxslər gərək onu yeməkdən çəkinsinlər.

Alma:


Meyvələrdəki möcüzələrİmam Əli (ə) buyurmuşdur: "Alma mə`dəni təmizləyir və onun heç bir zərəri yoxdur. Qızdırmanı və vəba xəstəliyini aradan qaldırır, burundan qan axmasının qarşısını alır, üzü gözəlləşdirir, saçın şəffaf olmasına səbəb olur; o, əsəbin, köklüyün və yuxusuzluğun dərmanıdır, revmatizm xəstəliyinə, oynaq ağrılarına və digər xəstəliklərə xeyri vardır."

Ailə və Uşaq     Baxılıb: 4043   Tarix: 02 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista