Meyvəli gözəllik maskaları

Meyvəli gözəllik maskalarıÇiyələkli Gözəllik Maskası: Çiyələyin, dəri üzərində nəmləndirmə və peeling etmə xüsusiyyəti var. Quru dərilər üçün çox idealdır. Dərinizə tətbiq üçün; dörd ədəd orta boy çiyələyi yaxşıca əzib, bir şorba qaşığı nəmləndirici krem ilə qarışdırdıqdan sonra, incə bir təbəqə halında bütün üzünüzə sürtməyniz lazımdır. 5 dəqiqə gözlətdikdən sonra masaj edərək ilıq su ilə üzünüzü təmizləyib qurulaya bilərsiniz. Çiyələyin gərdirmə xüsusiyyəti olduğundan, dəridə çox gözlədilməməsi lazımdır. Ayda iki dəfə təkrarlaya bilərsiniz.

Limonlu Gözəllik Maskası: Limon, antiseptik xüsusiyyəti sayəsində müsbət təsiri vardır. Eyni zamanda dərinin ləkələrdən təmizlənməsinə köməkçi olur. Yağlı, yağlıya yaxın normal və problemli dərilər üzərində olduqca təsirli nəticələri vardır. Yarım limonu sıxıb bir şorba qaşığı çox yağlı olmayan nəmləndirici kremin içinə damla damla əlavə edərək qarışdırdıqdan sonra, əldə edilən qarışığı problemli bölgələrə tətbiq edə bilərsiniz. Dəridə yalnız 5 dəqiqə gözlədilməsi uyğun olacaq. Problemli bölgələr düzelinceye qədər həftədə iki dəfə tətbiq oluna bilər.

Üzümlü Gözəllik Maskası: Normal dərilərdə üzün müəyyən bölgələrində ortaya çıxan problemlər üzərində olduqca təsirlidir. Eyni zamanda yorğun və cansız görünən bir dərini canlandırmaq üçün də çox idealdır. Normal dərilərdəki problemləri aradan qaldırmaq üçün; 15-20 ədəd üzümü əzib suyunu çıxardıqdan sonra, iki xörək qaşığı nəmləndirici kremin içinə bu suyu əlavə edib yaxşıca qarışdırılmalıdır. Əldə etdiyiniz qarışığı problemli bölgələrə sürtüb, 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayıb, dərinizi qurulayın. Bu maskanı həftədə bir dəfə təkrarlaya bilərsiniz.

Portağallı Gözəllik Maskası: Meyvə turşusu baxımından zəngin olan portağal, problemli və yağlıya yaxın dərilər üçün tövsiyə edilə bilər. Orta böyüklükdəki bir portağalın yarısını sıxıb suyunu aldıqdan sonra, iki xörək qaşığı nəmləndirici krem ilə qarışdırıb, bütün üzünüzə sürtə bilərsiniz. Üzünüzdə 10 dəqiqə gözlədib,təmizləyin. Maskanı həftədə bir dəfə təkrarlaya bilərsiniz.

Avokadolu Gözəllik Maskası: Xüsusilə yorğun və quru dərilər üçün tətbiq oluna biləcək möhtəşəm bir maska​​. Avokado,tərkibindəki zəngin meyvə turşuları və sabit yağlar sayəsində möcüzəvi bir nəmləndirici xüsusiyyətə malikdir. Dəri və saç baxımında çox təsirlidir. Bir çay qaşığı avokado içini əzib, iki çay qaşığı nəmləndirici krem ilə qarışdırdıqdan sonra, qalın bir təbəqə halında bütün üzünüzə sürtüb 15 dəqiqə gözlədin. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Bananlı Gözəllik Maskası: Zəngin tərkibə malik olması, solğun, həssas, quru və köhnəlmiş dəriləri yeniləyici xüsusiyyəti ilə möcüzəvi bir meyvədir. Yetişmiş bir bananın yarısını əzərək, çox yağlı olmayan nəmləndirici bir krem ilə qarışdırdıqdan sonra, bütün üzünüzə sürtüb 15 dəqiqə gözləyin. Dərinizə canlılıq və nemlilik qazandıracaq. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Almalı Gözəllik Maskası: Hər dəri üçün tətbiq oluna biləcək alma maskası, xüsusilə qarışıq dərilər üçün çox idealdır. Üzün yağlı olmayan bölgələrini qurutmayan alma maskasını, həftədə iki dəfə tətbiq edərək ən yaxşı nəticəni əldə edə bilərsiniz. Yaxşıca əzilmiş bir çay qaşığı qabıqsız almanı, iki çay qaşığı nəmləndirici krem ilə qarışdırıb dərinizə tətbiq etdikdən sonra, 20 dəqiqə gözlədib yuya bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 3198   Tarix: 18 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

turlar.az

həkim məsləhəti gelinlikler gozel gorunmek ud hindi faydalari qara qaragatin faydalari moda lüğəti şəfalı otlar kosmetika mekteb kahfe kali yuxuda qara ilan gormek qiz evi uşaq nece olur