Meyvənin çərdəyini uddu, ağciyərini kəsib götürdülər - FOTO
Trabzonun Akçaabat rayonunda yaşayan 66 yaşlı Fatma Karabacak udduğu meyvənin çərdəyi səbəbindən ağciyərinin bir hissəsini itirib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda onun vəziyyəti yaxşıdır, qadın uğurlu əməliyyatla sağlamlığına qovuşub.
Həkimə müraciət edən qadının ağciyərində yad cisim olduğu aşkarlanıb.
Karadeniz Texniki Universitetinin (KTÜ) Tibb Fakültəsinin Farabi Xəstəxanasının Baş həkimi Prof. Dr. Celal Tekinbaş bildirib ki, xəstənin sağ ağciyərində iltihablanma olub. Buna səbəb isə qadının yediyi meyvənin çərdəyidir.
Çərdək ağciyərin orta hissəsini tıxayaraq iltihablanma yaradıb və ağciyər toxumasına ziyan vurub. Əməliyyatla tum çıxarılıb, ağciyərin bir hissəsi kəsilərək götürülüb.
Prof. Dr. Tekinba, yemək yeyərkən, ani gülmə və ya öksürmə zamanı yad cisimlərin hava yollarına keçə biləcəyinə və bunun ciddi problemlərə yol aça biləcəyini bildirib. Bu cür hallarda mütləq həkimə müraciət etmək vacibdir.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
Bahalı saatı gündəm oldu
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?