Meyxanaçının səhhəti ilə bağlı oğlu danışdı - İndi heç ümid yoxdur
Meyxanaçı Ağakərim (Kərim Novruzov) uzun müddətdir yataq xəstəsidir.
azxeber.com axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu Kamil Kərimoğlu atasının səhhətindən danışıb. O bildirib ki, müalicə evdə davam edir:
"Vəziyyəti stabildir. Heç bir irəliləyiş yoxdur. Həkimlər gəlib evdə müayinə edir, lazım olan dərmanı yazırlar. Nə yaxşıdır, nə də pis. Elə bir xəstəlikdir ki, əvvəlində sağalma ehtimalı bir az var idisə, indi heç ümid yoxdur.
Özünə qapanıb, sual verəndə cavablandırır. Az danışır. Deyirik, necəsən? Cavab verir ki, yaxşıyam, acam, ya da nəsə istəyir. Ailəmizdə hamını tanıyır, amma kimsə ziyarətə gələndə tanımır. İzah edirik ki, filankəsdi, onda yadına düşür".
Kərim meyxanaçıların tez-tez zəng vurub atasının durumu ilə maraqlandığını da bildirib.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto