Min bir dərdin dərmanı - Bəhməzin faydaları

Min bir dərdin dərmanı - Bəhməzin faydalarıOnlarla növü olan bəhməz şəkərsiz təbii quruluşuyla şəfa qaynağıdır. Elə isə, hansı bəhməz növünün nələrə faydalı olduğunu bilirsinizmi? Aile.lent.az bəhməzin faydaları ilə sizi tanış edir.

Keçibuynuzu bəhməzi

Keçibuynuzu bəhməzi qanazlığına qarşı ən yaxşı və ən təsirli vasitədir. Dadı ağır olduğu üçün ləzzətlə yeyilməyə bilər. Lakin faydaları bitib-tükənməzdir. Məsələn:

* Cinsi gücü artırır. Eyni zamanda, sperma sayını artıran xüsusiyyəti var. Uşaq problemi yaşayan cütlüklərə yemək təklif edilir.

* Ürəyi dəstəkləyir.

* Xolesterolu aşağı salır və təzyiqi tarazlayan təsiri var.

* Bədəni gücləndirir. Sizi daha enerjili hala gətirir.

* Dişlər üçün dərmandır. Dişlərinizdə problem varsa, mütləq keçibuynuzu bəhməzindən dadın. Dişləri və diş ətlərini qidalandırır.

* Qanazlığına qarşı qoruyucudur.

* Sümükləri gücləndirən xüsusiyyəti var. Çünki kalsium anbarıdır.

* Çoxları bu faktdan xəbərsizdir. Keçibuynuzu bəhməzi bağırsaqları işlədən xüsusiyyətə malikdir. Bu isə arıqlamaq və artıq çəkidən xilas olmaq üçün çox yaxşı vasitədir.

* Zülal dəyərləri baxımından çox faydalıdır. Bu xüsusiyyəti baxımından xüsusən uşaqlar və hamilə qadınlar yeməlidirlər.

* Tərkibinə kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis, sink mineralları daxildir.

* Ağciyər xəstəliklərinə qarşı da keçibuyunuzu bəhməzi təklif edilir.

Küknar bəhməzi

İnsanlar arasında çox da tanınmayan bəhməzin bu növü küknar ağacının meyvəsindən, yəni qozasından hazırlanır. Xüsusən allergiya, babasil, qaşıntı, saç tökülməsi, sədəf xəstəliyi, gut (bağırsaq xəstəliyi), uşaqlarda öskürək, yetkinlərdə sidik saxlamama kimi bir çox problemlərin dərmanıdır. Tərkibindəki əsas yağ turşuları sayəsində antioksidant xüsusiyyətə malikdir. Küknar bəhməzinin dadı bir az acı olsa da, şəfa qaynağıdır. Uşaqlara səhər və axşam bir çay qaşığı, yeniyetmələrə isə səhər və axşam bir xörək qaşığı udmaq məsləhətdir.

Küknar bəhməzi bənzəri olmayan öskürək dərmanıdır. Keçməyən inadçı öskürəkləri anında yox edir. Digər faydalarını bu cür sıralamaq olar:

* Saç tökülmələrinin qarşısını alır.

* Ağızda olan yaraları aradan qaldırır.

* Hərarətsalıcı xüsusiyyətə malikdir.

* Bəlğəm qovucudur və bronxitə çox yaxşı təsir edir.

* Qanı təmizləyir, qaraciyəri qoruyur.

* Dalağı qoruyan xüsusiyyətə malikdir.

* Gut (bağırsaq xəstəliyi) xəstəliyinin qarşısını alır.

* Allergiya, qaşıntı və ekzema, sədəf xəstəliyinə çox faydalıdır.

* Ürəyi və damarlarını qoruyur.

* Bədənimizdə yığılan toksinlərin xaric olunmasına kömək edir.

* Bağırsaq sistemi üçün olduqca faydalıdır. Xüsusilə, bağırsaqda yaranan parazitləri təsirsiz hala gətirir, ishal və babasil meydana gəlməsinə mane olur.

* Sidik yolları üçün mükəmməl şəfalıdır. Sidik yollarında yaranan iltihabı təmizləyir. Bununla yanaşı, sidik tutulması və böyrək daşlarına yaxşı təsir edir.

* Yaşlı insanlara sidik saxlamama problemi üçün çox faydalıdır.

* Küknar dəri üçün də olduqca şəfalı bitkidir. Krem halına gətirərərk dəridə yaranan çibanlar və ya iltihablara sürtükdə faydasını görərsiniz.

Tut bəhməzi

Tut bəhməzi ən çox tanınan, bişirilən və istifadə edilən bəhməz növüdür. Tut təmizləyici xüsusiyyəti səbəbindən xüsusi şəfa qaynaqlarına malikdir. Bu bəhməz də möcüzələr anbarıdır. Elə isə, faydalarını sadalayaq:

* Qanazlığı problemi olanlar mütləq yeməlidirlər. Çünki tut bəhməzi digər bəhməz növləri kimi bir nömrəli qan yaradan təbii maddədir.

* Mədə xəstəlikləri, xüsusilə də xoraya qarşı tut bəhməzi çox yaxşı vasitədir.

* Astma və bronxit xəstəliklərinə qarşı rahatlaşdırıcı təsiri var.

* Soyuğa və soyuqdəyməyə qarşı tut bəhməzi yeyin. Bədən müqavimətini və bədən istiliyini artıran xüsusiyyətə malikdir.

* İdmançılar üçün enerji qaynağıdır.

* Uşaqların böyüməsi və inkişafına kömək edir.

* Uşaqların zəka inkişafına qatqısı böyükdür.

* İki yemək qaşığı - 20 qram bəhməz insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium və enerji ehtiva edir.

* Tut bəhməzi ilə qarqara etdikdə ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur.

* Uşaqlarda tez-tez rast gəlinən ağızda pambıq yarası xəstəliyinə qarşı faydalı təsiri var.

Xurma bəhməzi

Çox da populyar olmayan xurma bəhməzi bir şəfa mənbəyidir. Faydalarını bilsəniz, siz də belə düşünərsiniz.

* Ürək və damar xəstəlikləri riskini azaldan təsiri var.

* Xurma bəhməzi uzun müddət ac qaldıqda meydana gələn halsızlığın öhdəsindən gəlməyə qadirdir.

* İdman edənlər üçün enerji içkisi vəzifəsini yerinə yetirir.

* Zehnin və bədən inkişafına kömək olur.

* Quru öksürəyin qarşısını alır.

* Boğaz ağrısını aradan qaldırır.

* Bronxit və soyuqdəyməyə qarşı təsirlidir.

* Xərçəngə qarşı bitki mənşəli həll yoludur. Sizi xərçəngə qarşı qoruyar.

Qara tut bəhməzi

* Sidikqovucu təsiri var.

* Mədəni qüvvətləndirir. Xüsusilə, xora problemi olanlar üçün tövsiyə edilir.

* Bronxit və öskürəyi aradan qaldırmağa kömək olur. Sinə ağrılarını aradan qaldırır.

* Kökəlməyə kömək edir. Qan bərpaedicidir.

* Körpəsini əmizdirən analarda süd artırmaq üçün kömək edər.

*Tərkibində olan yüksək vitamin və mineral sayəsində diş və diş ətləri üzərində çox müsbət təsirləri var.

Üzüm bəhməzi

Üzüm bəhməzi tut bəhməzi qədər məşhurdur. Faydaları ilə tanış olun.

* Bədəninizdəki qan miqdarını artırır.

* Təbii bir enerji anbarıdır.

* İştah açır.

* Hamiləlik dövründə və körpə inkişafında çox təsirlidir. Mütəxəssislər bu dövrlərdə istifadə olunmasını təklif edirlər.

* Mədə, bağırsaq və böyrəklərinizi qüvvətləndirər.

* Damar sərtliyinə qarşı qoruyucudur.

*Qan dövranını rahatlandırır. Stressi azaldır.

Bəhməzdə nə qədər kalori var?

Tut bəhməznin kalorisi: 300

Üzüm bəhməzinin kalorisi: 242

Küknar bəhməzinin kalorisi: 270

Sağlamlıq     Baxılıb: 2902   Tarix: 24 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari hamiləlik qadın ətirləri tutmalar gənc ailə bulkalar kosmetika masqalar ginekoloq hakiwda maya maskasi oglan evi