Mirzə Babayev

Mirzə BabayevMirzə Əbdülcabbar oğlu Babayev 1913-cü ilin iyulun 16-da Maştağada anadan olmuşdur. O, 1935-1940-cı illərdə Bakı Sənaye İnistitunun memarlıq şöbəsində təhsil almışdır. Musiqiyə olan böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxartmışdır.

Mirzə Babayev burada professor Bülbülün sinfinə qəbul olmuşdur. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə az bir zamanda tamaşaçıların böyük rəğbətini qazanmışdır.

O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Flarmoniyasında, Azərbaycan Dövlət Konsert birliyində çalışmışdır.

Mirzə Babayevin radionun qızıl fondunda saxlanan xeyli mahnısı var. Xüsusilə o, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub.

Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynamışdır. Onun müxtəlif vaxtlarda çəkildiyi filimlər müğənninin xalq arasında şöhrətini xeyli artırmışdır. Aktyor "Dərviş Məstəli şah"-da Dərviş, "Bəyin oğurlanması"nda Mirişin atası, "Dəli Kür"-də Dərviş rollarını oynamış, onun "Qorxma, mən səninləyəm", "Telefonçu qız", "Romeo mənim qonşumdur" filimlərində və sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılmışdır. O, 30-dan çox filmə çəkilmiş və filimlərdə mahnılar ifa etmişdir. Mirzə Babayev oxduğu mahnılarla yaşayan, o mahılara öz hissini, duyğusunu qatan, təkrarolunmaz səsə malik bir sənətkardır. Onun ifasında Emin Sabitoğlunun mahnıların dinləyərkən, sanki bir Mirzə Babayev, Tofiq Quliyevin mahnıların dinləyərkən isə başqa Mirzə Babayevi dinləyirik.

"Onu bağışalmaq olarmı?"da Şövkət Ələkbərobayla birlikdə ifa etdiyi "Qəmgin mahnı" isə filmə damğasını vuran mahnılardan biridir.

Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev həm də memar və rəssam kimi tanınırdı. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi. Respublikamızın paytaxtı Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, başqa şəhər və rayonlarda onun layihəsinə əsasən binalar tikilmişdir. Mirzə Babayevin milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, "Azərbaycan Respublikasının Xalq Artisti" fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası prezidentinin fəxri təqaüdçüsü olmuş, bir sıra orden və medallarla təltif edilmişdir. O cümlədən 2002-ci ilin may ayının 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şöhrət Ordeni" ilə təltif edilmişdir. Mirzə Babayev həmçin iki dəfə "Humay" mükafatına da laiyq görülmüşdür

Böyük sənətkar, qayğıkeş və səmimi insan Mirzə Babayev ömrünün 90-cı ilində 2003-cü il yanvarın 13-də vəfat etmişdir. Ustad sənətkar, məkanın cənnət olsun! Allah sənə qəni-qəni rəhmət eyləsin.

Maraqlı     Baxılıb: 3173   Tarix: 16 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

turlar.az

kosmetik vasiteler yemek reseptleri qadin dunyasi boğaz ağrısı hicab baglamaq xəstəliklər stil dərsləri kosmetika qiz burcu gulmeli hakista maska pizza sanamalar