Molda inanılmaz OLAY! 5 ofisiant hücum etdi - Başında qab sındırdılar/ FOTO
İstanbulun Mecidiyeköy şəhərindəki bir molun içərisində restoranın qarşısında, qazaxıstanlı gənc hücuma məruz qalıb.
Metbuat.az türk mediasına istinadla bildirir ki, müdir tərəfindən verilən tapşırıqla döyülən gəncin burnu qırılıb.Hadisə ötən gün saat 13.00 sıralarında Şişlidə məşhur bir molda meydana gəlib.
Qazaxıstan əsilli təmizlik işçisi daha əvvəl çalışdığı restoranın ofisiantlarının hücumuna məruz qalıb.
Onlar gəncin başında qab da sındırıblar.
Gəncə köməyə gələn gəncin atası da hücuma məruz qalıb.
Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin burnu qırılıb.
f Paylaş