Moruğun faydası

Moruğun faydasıTəbabətdə meyvələrindən az halda isə yarpaqlarından istifadə edilir. Moruq qədim dərman vasitələrindəndir. Təzə meyvələri susuzluğu yaxşı kəsir, dadlı və ətirlidir. Çay kimi dəmlənmiş meyvələri qədimdən soyuqdəymədə tərlədici və hərarət salan kimi istifadə edilir. Moruq bağırsaqların təmizlənməsinə kömək edir, o öd və sidikqovucu təsirə malikdir.

Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır.

Tərlədici çay hazırlamaq üçün iki xörək qaşığı quru meyvələrinin üstünə 1 stəkan qaynar su töküb 10 dəq. qaynatmaq, yatmazdan qabaq 2 stəkan içmək. Yarpaqlarının həlimi 1:20 nisbətində tərlədici çay kimi içilir.

Mədə şirəsinin turşuluğu çox olanda, mədə-bağırsağın işini tənzimləmək üçün yarpaqlarının çayından istifadə edilir. 2 x.qaşığı xırdalanmış yarpaqları su ilə 30 dəq. dəmlənir. Süzülərək yeməkdən qabaq üç dəfə 1/3 stəkan qəbul edilir.

Göz qapaqlarının iltihabında (blefarit): moruğun 20 qr çiçəklərindən 200 qr qaynanmış su töküb 30 dəq dəmləmək və süzmək. Gözləri yumaq üçün istifadə etmək.

Qripdə:

1. Moruğun yarpaqlarından 2 x.qaşığı və ya 100 qr təzə meyvələri 1 stəkan qaynar su ilə 10-15 dəq. dəmləmək 1 x.qaşığı bal əlavə edib qarışdırmaq. İsti halda yatmazdan qabaq qəbul etmək.
2. Moruğun budaqlarından ilin istənilən vaxtında kəsilmiş çöplərini xırda doğramaq, 2 x.qaşığı 2 stəkan su töküb 20 dəq qaynatmaq, 2 saat dəmləmək. Gün ərzində qurtum-qurtum içmək.

Qızılçada 2 stəkan quru moruq meyvəsinə 1 stəkan qaynar su töküb 1 saat dəmləmək, süzmək. Çay kimi gündə bir neçə dəfə içmək. Moruğun meyvələri və suda dəmlənmişi soyuqdəymədə tərlədici kimi və titrətmə - qızdırmada hərarəti aşağı salan vasitə kimi istifadə edilir.

Malyariyada 3-4 x.qaşığı moruğun meyvəsinin üstünə 500 ml qaynar su töküb 1 saat dəmləmək. Yeməkdən 30 dəq qabaq gündə 3-5 dəfə isti 130-200 ml qəbul etmək.

Kataraktada (göz xəstəliyi) moruğun yarpaqlarının tozundan 1 ç.qaşığı yemək vaxtı gündə 3-4 dəfə qəbul etmək. Qocalıq katarakta xəstəliyində kömək edir.

Bronxial astmada çöl moruğunun köklərindən 1 x.qaşığı götürüb 250 ml suda 10 dəq zəif odda bişirmək (pörtmək), dəmləmək və süzmək. Gündə 3 dəfə, 1/3 stəkan içmək.

Avitaminozda 4 x.qaşığı moruq yarpağını və ya meyvəsini termosa tökmək. Bunun üstünə 2 stəkan qaynar su töküb 3 saat dəmləmək. Yeməkdən 0,5 saat qabaq yarım stəkan gündə 4 dəfə içmək.

Moruğun müalicə əhəmiyyətini rəsmi təbabət də qəbul edir: şəkərli diabetin, aterosklerozun, qanazlığının müalicəsində istifadə edilir. Moruq xüsusilə, ürəyin ritmi pozulanda və başqa ürək xəstəliklərində məsləhətdir.

Soyuqdəymənin başlanğıcında qurudulmuş moruq meyvələrinin çayı məsləhət görülür. 2 x.qaşığı quru moruq meyvəsinə 1stəkan qaynar su tökməklə dəmlənir. Yatmazdan qabaq 1-2 saat ərzində 2-3 stəkan belə çaydan içmək.

Moruq meyvələrinin cökə çiçəkləri ilə birlikdə dəmlənmiş çayı kömək edir: 1 x. qaşığı moruq meyvələri və 1 x. qaşığı cökə çiçəklərinə 1 stəkan qaynar su töküb 20 dəq dəmləmək, süzmək. Gecə yatmazdan qabaq 1 stəkan içmək.

Moruğun meyvələrindən hazırlanmış həlim anginada və başqa boğaz ağrılarında boğazı qarqara etmək üçün istifadə edilir

Moruq yarpaqlarından hazırlanmış həlim bəlğəmgətirici kimi istifadə edilir: 2 x.qaşığı quru moruq yarpağı 2 stəkan qaynar su tökülərək, 10 dəq. qaynadılır, süzülür və isti-isti içilir.

Moruq yüksək təzyiqi və qanda xolestirinin səviyyəsini aşağı salır, aterosklerozun qabağını alır və müalicə edir. Moruq meyvələrinin və yarpaqlarının, itburnu meyvələrinin və tozağacının yarpaqlarının bərabər nisbətdə dəmlənmiş çayı ürək-damar sistemi xəstəliklərində ümumi möhkəmləndirici vasitə kimi təsir göstərir: bu qatışıqdan bərabər miqdar götürüb dəmləyib ½ stəkan gündə 2 dəfə içmək.

Moruq çayı qadınlar üçün də faydalıdır. Aybaşıqabağı və aybaşı dövründə xoşagəlməz simptomları aradan qaldırmaq üçün əla vasitədir: qanaxmanı rəvan azaldır, ürəkbulanmadan və ağrılardan azad edir və sakitləşdirici təsir edir.

Moruq yarpaqlarının həlimi hamilə qadınların ürəkbulanmasında çox gözəl kömək edir və doğuş zamanı ağrıları azaldır. Həlimi, bütün hamilə olan müddətdə hər gün içilir: 1 litr suyu qaynatmaq, odun üstündən götürüb 6 x.qaşığı quru yarpaq töküb 40 dəq. dəmləmək. Gündə 2 dəfə 2 stəkan içmək. Doğuşdan qabaq 1 litr isti həlim içmək, bu doğuşdan sonra ağrıları azaldır, ana südünü təmizləyir və zənginləşdirir.

Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 x.qaşığı xırdalanmış kökləri 1 stəkan qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼ stəkan gündə 3 dəfə qəbul etmək.

Moruq yemək və çay kimi dəmləyib 3-4 gün içmək soyuqdəymədə məsləhətdir.

Sağlamlıq     Baxılıb: 42697   Tarix: 28 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

turlar.az

həkim məsləhəti hamilelikde qidalanma qaşların formalari meshurlar haqqinda baliqqulagi kartof qizartmasi hazirlanmasi şirniyyatların hazırlanması kosmetika maska novruz hakısdası toyuq salati cinsi heyati