Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər

Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklərGünəş şüalarının isbat olunmuş bir sıra faydaları var və insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır. Gün işığı depressiyanı aradan qaldırır, eləcə də sümüklərin güclənməsinə, beynin normal fəaliyyətinə xidmət edir. Gün ərzində 10-15 dəqiqə Günəş şüalarından yararlanmaq olar.
Lakin Günəşin faydası ilə yanaşı, onun zərərləri də var. Soyuq havanın orqanizm üçün əks təsirləri mövcuddur. Son günlər isə əhali arasında, xüsusilə respirator viruslar, eləcə də qrip yayılıb. Özünü uzunmüddətli yüksək hərarət, ishal, qusma kimi əlamətlərlə göstərən xəstəliklər daha çox narahatlığa səbəb olur. Əsasən azyaşlı uşaqlarda müşahidə edilən əlamətlər yeni növ koronavirusa (COVID-19) bənzəsə də, yoxlamaların nəticəsi bunun əksini göstərir. Bəzən həmin halların səbəbi soyuq hava ilə əlaqələndirilsə də, mütəxəssis rəyləri fərqlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayev yayılan qrip xəstəlikləri barədə deyib: "İnfluenza" infeksion xəstəlikdir. İlk növbədə qızdırmaya nəzarət etmək, onun 38 dərəcədən aşağı olmasına çalışmaq, çoxlu maye qəbul etmək lazımdır. İmmunitetin güclü olması infeksiyanın qarşısını alan ən başlıca amildir".
Mövsüm dəyişməsi zamanı ilə əlaqədar ürək-damar, tənəffüs sistemi və bəzi xroniki xəstəliklər də fəallaşır. Bu isə daha diqqətli olmağı tələb edir. Hospitalın həkim-terapevti Nərgiz Kərimova isə bildirib: "Təzyiqin yüksəlməsi və tənəffüs sistemi xəstəlikləri xüsusilə narahatlıq doğurur. Onlardan bronxial astma və allergik xəstəliklərin artması daha çox müşahidə edilir. Həmin xəstəliklər hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq daha çox təsir edir. Ona görə də təzyiq dərmanlarının və digər preparatların vaxtlı-vaxtında qəbul edilməsi, allergen təsirlərə malik maddələrdən uzaq olmaq və çoxlu maye içmək məsləhətdir".
Beləliklə, bu dövrdə orqanizmin immunitetini yüksək səviyyədə saxlamaq üçün tətbiq edilən üsullar sadə olsa da, ona əməl etmək hər kəsin özündən asılıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1008   Tarix: 15 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim seçimi maskalar sac duzumleri yay paltarlari veten haqqinda atalar sozu ana və uşağın ev məktəbi qripdə nə etməli kosmetika lakonizm usaq geyimleri babasil sanamalar yuxuda qara ilan gormek