Mövsümündən əvvəl satışa çıxarılan qarpızın hansı zərərləri var?

Mövsümündən əvvəl satışa çıxarılan qarpızın hansı zərərləri var?İqtisadi və biznes əlaqələrinin genişlənməsi səbəbi ilə marketlərdə mövsümə uyğun olmayan meyvə-tərəvəz satılır. Məsələn, mövsümün başlamasına xeyli zaman qalsa da, artıq uzun müddətdir ki, marketlərdə qarpız satılır. Mütəxəssislər bildirirlər ki, mövsümündən əvvəl yetişdirilən qarpızlara stimuledici maddələr vurulur.
Məsələn, bu bostan bitkilərinin daha tez böyüməsi üçün onların becərilməsində amonium şorasından (seletra) çox istifadə olunur. Ona görə də indi satılan qarpızların tərkibində külli miqdarda nitrat olur. Bu maddələr orqanizmdə hemoqlabini qeyri-aktiv formaya çevirə bilir. Bu da hüceyrələrin tənəffüsünü pozur. Toxumalar və orqanlar hipoksiya yaşayır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, hazırda marketlərdə satılan qarpızdan ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır:
"Bu, onların həyatı üçün böyük risk yaradır. Ümumilikdə isə mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir. Ona görə də indiki vaxtda qarpızın istehlakı məsləhət deyil".
Vaqif Qarayev onu da əlavə edib ki, indi satışa çıxarılan bostan bitkilərinin genetik modifikasiya olunmuş məhsul (GMO) olma ehtimalı da böyükdür:
"GMO məhsulları isə bütün hallarda ziyanlıdır. Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik".
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı bunları deyib:
"Qarpızın yetişdirilməsində digər hormonlardan istifadə edilir ki, buna da fitohormonlar adı verilib. Bunlar da insan orqanizmində böyük fəsadlara yol açır. Qarpız zəhərlənməsi özünü birdən-birə soyuq tər basması, qusma, ishal, gözlərə qaranlıq çökməsi və başgicəllənmə kimi hallarla göstərir. Əgər zəhərlənən şəxsdə təzyiq aşağı düşübsə və onu soyuq tər basıbsa, mütləq başı aşağı saxlamaq, mümkün qədər çoxlu maye qəbul etməsini təmin etmək və dərhal həkimə müraciət etmək lazımdır".
Qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirib ki, xüsusilə də, həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hətta hamilə qadınlar üçün daha təhlükəlidir:
"Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızı mövsümdən əvvəl yemək məsləhət görülmür".
Milli.Az

Xəbərlər     Baxılıb: 1211   Tarix: 05 iyun 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yaz geyimleri 2026 donlar 2026 qadin sayti doğumu necə keçirtdim hamiləlik testi menstruasiya yataqda seks kosmetika bürcler vətən həsrətinə aid bayatılar bayraq şəhid efsane