Müalicəvi soğan çayının faydaları
Adi soğandan çox faydalı və müalicəvi çay hazırlamaq olar.
Soğan güclü virus, iltihab və mikrobəleyhinə təsirə malikdir. Soyuq fəsillərdə soğan çayı immun sistemini möhkəmləndirir, virus infeksiyalarından qoruyur, öskürək zamanı kömək edir.
Həmçinin soğan çayı qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır, damarların sağlamlığını qoruyur, təzyiqi salır, qanı duruldur və bununla da damarlarda trombların əmələ gəlməsininin qarşısını alır.
Maraqlıdır ki, soğan çayı həm də yaxşı sakitləşdirici təsirə malikdir, orqanizmdə ümumi stressin səviyyəsini aşağı salır, yuxu problemləri zamanı yardım edir.
Soğan çayının hazırlanması:
Kiçik baş soğan götürün, qabıqlarını soyun, xırda doğrayın, üzərinə 1 stəkan isti su əlavə edin, vam odda bir neçə dəqiqə saxlayın. Sonra soyudun, bir az bal və darçın əlavə edin. Çayı gündə 1 dəfə ilıq halda için.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi