Müalicəvi SOĞAN çayının faydaları – təzyiqi salır, immuniteti gücləndirir, öskürəyi müalicə edir
Saglamolun.az The Health Site portalına istinadla bildirir ki, qida mütəxəssislərinin fikrinə görə, adi soğandan çox faydalı və müalicəvi çay hazırlamaq olar.
Soğan güclü virus, iltihab və mikrobəleyhinə təsirə malikdir. Soyuq fəsillərdə soğan çayı immun sistemini möhkəmləndirir, virus infeksiyalarından qoruyur, öskürək zamanı kömək edir.
Həmçinin soğan çayı qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır, damarların sağlamlığını qoruyur, təzyiqi salır, qanı duruldur və bununla da damarlarda trombların əmələ gəlməsininin qarşısını alır.
Maraqlıdır ki, soğan çayı həm də yaxşı sakitləşdirici təsirə malikdir, orqanizmdə ümumi stressin səviyyəsini aşağı salır, yuxu problemləri zamanı yardım edir.
Soğan çayının hazırlanması:
Kiçik baş soğan götürün, qabıqlarını soyun, xırda doğrayın, üzərinə 1 stəkan isti su əlavə edin, vam odda bir neçə dəqiqə saxlayın. Sonra soyudun, bir az bal və darçın əlavə edin. Çayı gündə 1 dəfə ilıq halda için.
Saglamolun.Az









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi