Müəllimlərə ŞAD XƏBƏR: maaşlar... - Rəsmi açıqlama

Müəllimlərə ŞAD XƏBƏR: maaşlar... - Rəsmi açıqlamaİlk peşə ixtisas təhsili müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən peşə məktəbi müəllimlərinin ümumtəhsil məktəblərinə keçidi, digər halda isə yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu ilin mart ayında diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin sənəd qəbulu, aprel-may ayları ərzində isə imtahanlar keçiriləcək.

E.Bağırovun sözlərinə görə, mart-aprel-may ayları ərzində ölkədə diaqnostik qiymətləndirmədən keçməyən daha 26 rayonda həm ümumtəhsil məktəblərində çalışan ,eyni zamanda ilk peşə ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub: " Bu il diaqnostik qiymətləndirilmədə iştirak edəcək ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin sayı 1100-1200 arası təşkil edir.

26 rayon üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı isə təxminən 50 minə yaxındır. Bu kontingentin hamısı bu aylar ərzində qiymətləndirmədə iştirak edəcək".

E.Bağırov deyib ki, ilk peşə ixtisas təhsili müəssisələrində işləyən başqa pedaqoji kadrlar da var, amma diaqnostik qiymətləndirmədən ümumtəhsil fənlərini tədris edən müəllimlər keçəcək.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ilə bağlı nəzərdə tutulan maaş artımı ilk peşə ixtisas təhsili müəssisələrində çalışan müəllimlərə şamil edilmir: "Dövlət başçısının müvafiq sərəncamına əsasən, maaş artımı eyni qayda ilə ümumtəhsil məktəblərində çalışan, bilik və bacarıqları qiymətləndirilən müəllimlərə şamil olunacaq. Yəni burda peşə məktəbləri, peşə liseylərində işləyən müəllimlərdən söhbət getmir. Bu diaqnostik qiymətləndirmədən keçən ümumtəhsil məktəb müəllimləri üçün də maaş artımı onların göstəricilərindən asılı olaraq 40 % arasında dəyişə bilər".

E.Bağırov onu da vurğulayıb ki, ilk peşə ixtisas təhsili müəssisələrinin rasionallaşdırılmasından sonra diaqnostik qiymətləndirmədən yaxşı keçən peşə məktəb müəllimlərinin yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub: "İlk peşə ixtisas təhsil müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən müəllimlərin ümumtəhsil məktəblərinə keçidi, daha yüksək əməkhaqqı ilə təmini də nəzərdə tutulub. Yəni rasionallaşma prosesindən sonra yaxşı nəticə göstərən müəllimlərə daha yüksək əməkhaqqı verməyi planlaşdırırıq".

"Müəllimin karyera inkişafında müəllimin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə bir göstərici rolu oynayır. Əgər bir müəllim sabah direktor vəzifəsində iddialı olsa müsabiqə zamanı şəxsi işi araşdırılarkən onun qiymətləndirmədə göstərdiyi nəticə də meyar kimi istifadə edilə bilər" – deyə, E.Bağırov əlavə edib.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.

Xəbərlər     Baxılıb: 2364   Tarix: 17 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

turlar.az

geyim seçimi reseptler gozel gorunmek dirnaq ucun maskalar kakos yagi elm haqqinda atalar sözləri hamiləlik hesablama kosmetika kondom nedir oglaq hamilelik nizami gencevi gülməli hakıştalar