Müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma - Shell Shock

Müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma - Shell ShockMüharibələrin dağıdıcı nəticələri hər kəsə məlumdur. Bəşəriyyət tarix boyu torpaqları zəbt etmək, talan əldə etmək istəyi və ya dini səbəblərə görə çoxlu müharibələr görmüşdür.
Milli.Az sfera.az-a istinadən bu yazıda sizə müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma vəziyyəti olan Shell Shock haqqında məlumat verir.
Shell Shock - Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olan Somme döyüşündən sonra ortaya çıxan psixoloji hadisədir.
Bu termini dilimizə "müharibə böhranı" kimi tərcümə edə bilərik.
Tərcüməsindən də göründüyü kimi, Shell Shock müharibədə xidmət edən əsgərlərdə baş verən və müharibə stresinə cavab olaraq təyin olunan psixoloji problemdir.
Bu vəziyyətdən əziyyət çəkən əsgərlər bədənlərində idarəolunmaz qıcolmalar, titrəmələr və ağrılar hiss edirlər.
Ümumiyyətlə, cəbhədə intensiv artilleriya atəşinə məruz qalan əsgərlərin həyatlarını itirmək qorxusundan keçirdikləri gərginlik əsgərlərin normal həyatlarına qayıtmalarını çox çətinləşdirir.
Əsgərlər özlərini daim etibarsız hiss edir və sanki hər an öləcəklərmiş kimi hiss edirlər.
Bu xəstəliyə düçar olan birinə cəbhədəki günlərini xatırladan əşya göstərdikdə belə, xəstə dəhşətə gəlir.
Əslində olduqca normal olan bu davranış nəticəsində təəssüf ki, bir çox general bu xəstəliyə yoluxmuş əsgərləri qorxaq kimi qələmə verərək, hamısını edam etmək qərarı verib.
Bu vəziyyət döyüşdə iştirak edən əsgərlər arasında düşünüldüyündən daha çox rast gəlinir.
Birinci Dünya Müharibəsi bitdikdən sonra edilən araşdırmaya görə İngiltərədə təxminən 80.000 əsgərin bu ruhi pozğunluqdan təsirləndiyi məlum olub.
Bu psixoloji xəstəliyə Vyetnam və Koreya müharibəsində əsgərlər arasında da çox yüksək nisbətdə rast gəlinib
Somme Döyüşündə əsgərlər tərəfindən ortaya çıxan bu xəstəliyin əlamətləri yorğunluq, çaşqınlıq, kabuslar, görmə və eşitmə pozğunluqları, düşünmə qabiliyyətinin itirilməsi, isterik şoklar və boş baxışlar idi.
O zaman həkimlər bunun nədən qaynaqlandığını anlaya bilmədiyi üçün bu vəziyyəti olan əsgərlər birbaşa cəbhədən göndərilirdi.
Bu görüntüdə yəqin ki, bu vəziyyətdən əziyyət çəkən bir əsgərin fotosunu görürük. Gözləri vəziyyətin ciddiliyini çox açıq şəkildə ortaya qoyur, gördüklərindən dəli olubmuş kimi görünür. Ətrafında ölümü görür, həyatı üçün narahatdır, psixologiyası artıq çöküb, bir bədəndə fiziki ölümünü gözləyir.
O zaman belə bir vəziyyətin olması qəbul edilsə də, səbəb zəif xarakterə malik olmaq göstərilirdi.
Buna görə də, bu xəstəliyə yoluxmuş insanlar zəif görünür, kənarlaşdırılır, mühakimə olunur və öldürülürdü. Deyirdilər ki, yaxşı əsgərlər heç vaxt bu vəziyyətə düşə bilməz. İllər sonra İngiltərə hökuməti bu səbəblərdən həlak olan əsgərlərin ailələrindən üzr istəyərək bunun bir xəstəlik olduğunu qəbul edib.
Xüsusilə döyüş meydanında partlayışlardan sonra meydana gələn şok dalğalarının ən ciddi fəsadlara səbəb olduğu bildirilir.
Zərbə dalğasının bütün bədənlərindən keçdiyini hiss edən əsgərlər, hətta illər sonra həmin anı xatırlayanda bədənlərində nəzarətsiz titrəmələr olur. Zərbə dalğasının bədəndən keçərkən bu vəziyyətə xas olan beyinə zərər verə biləcəyi də hesab edilir.
Bu səbəbdən alimlər son zamanlar bu vəziyyətin səbəbi kimi fiziki zərərləri araşdırmağa başlayıblar.
Xülasə, bunun həm psixoloji, həm də fiziki səbəbləri var: Shell Shoc müharibələrin nə qədər qəddar və qaranlıq olduğunu göstərən bir xəstəlikdir.
Vəziyyətin nə qədər ciddi olduğunu görmək üçün bir video əlavə edib, yazını bitiririk.
Ümid edirik ki, dünya bir daha müharibə görməyəcək...
Milli.Az

Xəbərlər     Baxılıb: 1024   Tarix: 08 noyabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

yemek reseptleri makiyaj instagram adlarin menasi yay koftalari kişi psixologiyası terxun kompotu laylalar kosmetika qz eviyçun hakışta anabaci azerbaycanli is adami amerikada gullelendi badambura novruz hakistasi