Murad Dadaşov od püskürdü - "Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortalığa çıxarmalı olaq "

Murad Dadaşov od püskürdü - "Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortalığa çıxarmalı olaq "Ölkənin gündəminə çevrilmiş "Maşın" şou və bu gündəmdən faydalanmaq istəyənlənlərlə bağlı BiG.AZ Murad Dadaşovla tez-bazar müsahibə aldı:

- Ölkənin ən reytinqli şousu olan "Maşın"-ın bu sürətində şounu tərk edən Pərvin iddia edir ki, o çıxandan şounun reytinqi düşüb. Hazırda verilişin reytinqi hansı səviyyədədir?

- Budəfəki sürətdə mən özüm efirdən belə bir ifadə işlətdim ki, hələ "Maşın" ətrafında belə ajiotaj olmamışdı. Amma daha sonra araşdırdıq ki, bundan da səs-küylü, bundan da reytinqli buraxılışlarımız olub. Öz növbəsində iştirakçılar da bu şou vasitəsi ilə daha da populyar olublar.
Pərvini isə bir gözəl xanım kimi çox istəyirəm. O da "Maşın"-dan öz payını aldı. Populyarlıq payını... Artıq o, sıradan bir gözəl qız deyil, həm də məşhur oldu.

- Keçmiş iştirakçılardan Mehriban Xanlarova da "Maşın"-dan narazılıq edib.
O: "Şouya baxmıram, çünki mənə maraqlı deyil. Şouda nalayiq söyüşlər söyülür" – deyib.

- Mehribanın bu haqda danışmağa nə qədər haqqı var? Mehriban Xanlarovanı bir aktrisa kimi çox bəyənirəm. Amma hər bir iştirakçının bizdə arxivləri var. Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortalığa çıxarmalı olaq.

- Öz növbəsində aparıcı İradə İsaq da şouda gedənlərə etiraz olaraq, "Maşın şou"-ya baxmırıq. Hətta heç vaxt baxmamışıq. Yəqin ki heç vaxt da baxmarıq - deyib

- O baxmıram deyənlər var aaa, bax, onlar dəqiq baxırlar. Çünki baxmayanlar bu haqda danışmır. Belə də ki, televizorunun pultu var? Var. Başqa kanallar var? Var. Qoy, kanalı dəyişib başqa kanala baxsınlar.
Ümumiyyətlə isə, nə Mehribanın, nə İradənin, nə də qeyrisinin mənim tərbiyəmə şübhələri ola bilməz. Çünki mənim layihəm haqda belə sözlər deyənlər, birbaşa mənə demiş olurlar. Ona görə ki, bütün bunları mən şəxsən tənzimləyirəm. Heç vaxt da əxlaqsızılığın, söyüşün efirimdə səslənməyinə imkan verə bilmərəm!
Mənim tərbiyəmdə şübhəsi olanlar, öz fəaliyyətlərini qarşılarına qoyub təhlil etsinlər. Bütün bu şərhlər mənə təhqirdir və hər biri haqda da xəbərlər gəlib mənə çatır. Sadəcə, hələlik vaxt azlığından hamısına cavab verə bilmirəm.

- Dünən canlı yayımda tezliklə növbəti sürətin də efirə gedəcəyini anons etdiniz.

- Bəli, bu ilin sonunda növbəti "Maşın"-ı gözləyin. Artıq dəqiq tarixlər bəlli olsa da, hələlik, öz aramızda qalsın.

Xəbərlər     Baxılıb: 4685   Tarix: 07 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

adlarin menasi toy makiyaji sekilleri sac duzumleri veten haqqinda atalar sözləri qadın dünyası anaya aid atalar sozu kakos yagi kosmetika maska qadin saglamlig insan badambura qadin.az