Murat Boz və Seda Bakan "CinemaPlus"da çəkildikləri filmin qalasına qatılıblar - VİDEO

Murat Boz və Seda Bakan "CinemaPlus"da çəkildikləri filmin qalasına qatılıblar - VİDEO"CinemaPlus Gənclik Mall" kinoteatrında "Öldür Beni Sevgilim" türk romantik komediya filminin təqdimatı olub.
"Report" xəbər verir ki, təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan iştirak ediblər.
Onlar KİV nümayəndələrinin suallarını cavablandırıblar. 
M.Boz Azərbaycanda dəfələrlə olduğunu bildirib, layihənin çəkilişi zamanı xeyli əyləndiyini qeyd edib.
Seda Bakan da azərbaycanlıların mehriban olduğunu söyləyib: "İlk dəfə gəlmişəm. İstanbulda həyat çox qarışıqdır. İçərişəhəri gəzdik, bizdə köhnə binaları sökürlər. Biz qardaş ölkədəyik, təyyarədən düşdüyümüz anda özümüzü yad hiss etmədik".
Mətbuat nümayəndələri ilə görüşdən sonra ekran işinin qalası keçirilib. Məşhur türk ulduzları qonaqlar tərəfindən isti qarşılanıb və böyük həvəslə onlarla şəkil çəkilib. 
Filmin nümayəşindən öncə Murat Boz və onun balaca pərəstişkarı səhnəyə çıxıb mahnı ifa ediblər.
Şenol Sönmezin rejissorluğunu etdiyi filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu çəkiliblər.
Filmin məzmununa gəlincə, ekran işi bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir  evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.
Tədbirin təşkilinə Cinema Distribution, "Gənclik Mall" Ticarət Mərkəzi, ATV telekanalı, Hilton Baku, Bizon Energy və Hillside premium çaxırları dəstək olub.
Filmin Azərbaycanda yayım hüququ Cinema Distribution şirkətinə məxsusdur. Cinema Distribution 5 illik fəaliyyəti ərzində 300-dən çox müxtəlif janrlı, yerli və əcnəbi filmlərin böyük ekranlarda nümayişini təşkil edib. Ölkədə rekord sayda tamaşaçı tərəfindən izlənmiş filmlər məhz Cinema Distribution tərəfindən kinoteatrlara təqdim olunub.
Cinema Distribution 3 ildir "Öldür beni sevgilim" filminin istehsalçısı BKM-in Azərbaycan və MDB ölkələri üzrə ekslüziv tərəfdaşıdır və bu müddətdə bir-birindən uğurlu layihələri ölkəyə gətirib.
Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Şou Biznes     Baxılıb: 1628   Tarix: 27 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

turlar.az

qadın geyimi aksessuarlar toy gecesi sizanaqlara qarsi maska morugun faydalari arıqlama pəhriz faydalı qidalar kosmetika nağıllar novruza aid hakista kökəlmək üçün eqreb veten haqqinda atalar sozu