Mürəbbə bişirən zaman bu qaydalara əməl edin - Xanımlar oxusun

Mürəbbə bişirən zaman bu qaydalara əməl edin - Xanımlar oxusunYay aylarında xanımlar müxtəlif mürəbbələri, cemləri tədarük edir.
Düzgün bişirilmiş mürəbbə çox faydalı müalicəvi məhsuldur. Mürəbbələr müxtəlif xəstəliklər zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur, qış aylarında bizi vitaminlər və s. faydalı maddələrlə təmin edir, immun sisteminə müsbət təsir edir, hətta əhval-ruhiyyəni yaxşılaşdırır.

Mütəxəssislərin fikirinə görə, ən faydalı mürəbbələr bunlardır:

- moruq mürəbbəsi iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır

- heyva mürəbbəsi ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır

- zoğal mürəbbəsi soyiqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir

- qoz mürəbbəsi ürək üçün faydalıdır, qalxanvari vəzi zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur

- qara qarağat avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır

- quşüzümü mürəbbəsi güclü mikrob və iltihab əleyhinə təsirə malikdir

- çaytikanı təbii biostimulyatordur, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir

- zirinc mürəbbəsi - iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, polivitamin vasitədir.

Yüksək temperaturun təsirindən meyvələrdə olan bəzi faydalı maddələ qismən dağılır. Bu maddələri saxlamaq üçün mütəxəssislər mürəbbələri mümkün qədər soyuq üsulla bişirməyi tövsiyə edirlər - meyvələr blenderlə əzilir və şəkər tozu ilə qarışdırılır. Belə mürəbbələrdə faydalı maddələrin 95%-i saxlanılır.

Digər üsul - mürəbbəni qaynara düşəndən sonra 3-5 dəqiqə qaynatmaq, soyutmaq və bunu 3-4 dəfə təkrar etmək lazımdır. Bu halda mürəbbədə faydalı maddələrin 70%-i saxlanılır.

Mütəxəssislərin fikirinə görə, evdə bişirilmiş mürəbbələr və cemlər daha faydalıdır. Dükanlarda satılan mürəbbələrin tərkibində konservantlar, aromatizatorlar və s. ziyanlı maddələr var. Həmçinin onların tərkibində vitaminlər da azdır.

Mütəxəssislər giləmeyvələrin çəyirdəklərini çıxartmamağı tövsiyə edir. Çəyirdəklərdə bir çox faydalı maddələr var. Lakin belə mürəbbələri 1 ildən çox saxlamaq olmaz. Əks halda belə mürəbbə zəhərlənməyə səbəb ola bilər. Çəyirdəksiz mürəbbələri 3 ilə kimi saxlamaq olar.

Mürəbbələri yalnız sağlam meyvələrdən bişirmək lazımdır. Çürük meyvələrdə toksinlər var ki, bu toksinlər bişirilmə zamanı dağılmır və sonra orqanizmdə yığılaraq çox ciddi xəstəliklərin, o cümlədən, onkoloji xəstəliklərin, inkişafına təkan verə bilər.

Mürəbbələri allüminium və mis ləyənlərdə bişirmək olmaz, bu, faydalı maddələrin dağılmasına səbəb olur. Mürəbbələri enli emallı və ya paslanmayan poladdan olan ləyənlərdə bişirmək lazımdır. (saglamolun.az)

Maraqlı     Baxılıb: 4573   Tarix: 01 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

turlar.az

toy makiyajlari qadin dunyasi sade makiyaj sekilleri qadın və cəmiyyət ehtiraslı şəkillər bilik haqqinda atalar sozleri uz derisine qulluq maskalari kosmetika meseller novruz bayramı aysel xanim.az vusale elizade