Müşviq evi ilə bağlı məhkəməni uddu
"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasovun evi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.
Open.az-a açıqlama verən ssenarist bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib:
"Ədalətli qərar verildi, Apellyasiya Məhkəməsinin qərarı ləğv olundu və yenidən baxılmağa göndərildi. Növbəti məhkəmə nə vaxt olacaq bilmirəm. Bir sözlə məhkəməni uddum".
Müşviq növbəti məhkəmə iclasında ədalətli qərar veriləcəyinə, evinin onda qalacağına inandığını söyləyib: "Dövlətin mənə verdiyi sənəd var, bunu yetərsiz hesab etmək olmaz. İnanıram ki, növbəti məhkəmə iclasında iş mənim xeyrimə bitəcək. başqa yolu yoxdur, həqiqət öz yerini tapacaq".
Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar" deyə, o, söyləmişdi. /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi