Mütəxəssisdən D vitamini xəbərdarlığı: Zəhərləyə bilər

Mütəxəssisdən D vitamini xəbərdarlığı: Zəhərləyə bilərD vitamini sümük və diş sağlamlığı üçün vacib olsa da, həddindən artıq istehlak edildikdə zəhərlənməyə səbəb ola bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, Fiziki Reabilitasiya Mütəxəssisi Dr. Hülya Yüksel, D vitamininin yalnız həkim nəzarəti altında qəbul edilməsinin vacibliyini vurğulayıb.
D vitamini çatışmazlığı
D vitamini çatışmazlığı yorğunluq, zəiflik, əzələ və oynaq ağrıları ilə müşayiət olunur. Əsasən az günəş işığı alan, tünd dəriyə sahib, yaşlı və ya xroniki xəstəlikləri olan insanlarda daha çox müşahidə edilir. Qanda 20 ng/ml-dən aşağı səviyyə çatışmazlıq hesab olunur və müalicə tələb edir.
D vitamini zəhərlənməsi
Qanda 100-150 ng/ml-dən yuxarı D vitamini səviyyəsi zəhərlənməyə səbəb ola bilər. Hipervitaminozun qarşısını almaq üçün D vitamini mütləq dozada qəbul edilməlidir. Gündəlik qəbul tövsiyəsi 600-800 beynəlxalq vahiddir (IU).
Qəbul qaydaları
D vitamininin 90%-i günəş şüaları vasitəsilə sintez olunur, 10%-i isə qidalardan əldə edilir. Səhər yeməyindən sonra, tox mədədə D vitamini qəbul etmək tövsiyə edilir. Yumurta sarısı, yaşıl tərəvəzlər, süd məhsulları və yağlı balıqlar D vitamini ilə zəngindir. Günəşdə D vitamini sintezini artırmaq üçün günəş kremindən məhdud istifadə tövsiyə olunur.
D vitamini çatışmazlığının qarşısını almaq və optimal səviyyələri qorumaq üçün həkim nəzarəti vacibdir. Həddindən artıq istehlak zərərli ola biləcəyindən, mütəxəssislə məsləhətləşərək qəbul etmək tövsiyə edilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1320   Tarix: 14 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

maskalar sade makiyaj sekilleri toy makiyaji sekilleri yagli saclar ucun meslehetler sonsuzluq və onun müalicəsi erzaqlar viktoriya sekret kosmetika salam anabaci əqrəb sağlamlığa aid atalar sözləri novruz bayramına aid hakışda