Mütəxəssislər hansı növ çörəyi məsləhət görür

Mütəxəssislər hansı növ çörəyi məsləhət görürSümbülləri tellənən buğda zəmisi gözəllik, bolluq və bərəkət mənbəyidir. Yazda yaşıl dəniz kimi yırğalanan, tel-tel olub tellənən taxıl zəmisi yayda sapsarı saralıb dən tutur, biçilərək döyülür, sonra dəyirmanda üyüdülərək una çevrilir. Undan xəmir yoğrulur, kündələr tutulur və təndirə yapılaraq çörək bişirilir. Müqəddəs hesab elədiyimiz çörək tarladan süfrəyə gəlib çıxanadək bu qədər uzun bir yol keçir. Lakin min bir zəhmət və alın təri hesabına başa gələn çörəyin qida rejimi və rasionda tutduğu yerlə əlaqədar ən müxtəlif fikirlər var. Naturopatların demək olar ki, hamısı və həkimlərin bir qrupu çörəkdən, xüsusilə ağ çörəkdən imtina etməyi məsləhət görür və hətta ağ rəngdə olan çörək, şəkər və duzu "ağ zəhər" adlandırırlar. Alim və həkimlərin bir qrupu çörəkdən imtina etməyi düzgün saymır. Təbii qidalanmaya üstünlük verənlər bunun əvəzinə buğda cücərti, yaxud kəpəkli un məmulatları yeməyi məsləhət görürlər.
Bəs "qızıl orta" haradadır? Kimin dediyinə inanıb, fikrinə üstünlük vermək lazımdır? Əlbəttə, ilk baxışda asan görünən bu suala birmənalı cavab vermək çox çətindir.
Milli.Az bildirir ki, AZƏRTAC bu sahədə ayrı-ayrı mütəxəssislərin fikirlərini öyrənib.
Tahir Əmiraslanov (Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov): - Ağ unun tərkibində həyat üçün lazım olan elementlər yoxdur, ona görə kəpəkli undan bişirilmiş çörəyə üstünlük verilməlidir. Xəşil, xəngəl və digər xörəklərin də həmin undan bişirilməsi daha faydalıdır.
Leyla Zülfüqarlı (Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu): - Alman texnologiyası ilə və ya türk resepti əsasında hazırlanan kəpəkli çörək yeyilməlidir. Lakin çörək monotərkibə malik olmalıdır, onun hazırlanması zamanı taxıl məhsulundan hazırlanmış un, su, duz və mayadan ibarət olmalıdır.
Ləman Süleymanova (həkim-diyetoloq):- İnsan orqanizminin həm ağ, həm də qara çörəyə ehtiyacı var. Lakin ağ çörəyi çox bişmiş və isti halda yemək mədə-bağırsaq xəstəliyinə səbəb olur, onu bir qədər boyatıyandan sonra yemək daha yaxşıdır. Xüsusilə səhər və günorta kəpəkli çörək yeyilməlidir, axşamlar çörək yeyilməsi həzm prosesini ləngidir.
Fizuli Hüseynov (həkim-fitoterapevt): - Ağ undan bişirilən çörəyin tərkibində karbohidratlar qara unda olandan dörd dəfə çox olduğuna görə sorulma prosesi də ləng gedir. Çörək nə qədər ağ və yumşaqdırsa, onun tərkibində qlütenin miqdarı da o qədər çoxdur, bu isə bağırsaq divarını iltihablaşdırır. Xüsusilə buğda, arpa, yulaf və çovdarın tərkibində həmin maddə çox olur. Ən yaxşısı, darı unundan hazırlanan lavaşla qidalanmaqdır.
100 qram ağ çörək 249, 30 qram Borodin çörəyi 208, 100 qram baton çörək 235, 100 qram dənli çörək 228, 100 qram zavod çörəyi 245, 100 qram təndir çörəyi 330, 100 qram kəpəkli çörək 150, 30 qram lavaş 100, 30 qram qozlu çörək 350, 100 qram südlü çörək 350 kaloriyə bərabərdir.
Xarici ölkələrə səfər zamanı tamamilə əks mənzərə ilə üzləşirik. Yemək zamanı çörəkdən çox az və çox cüzi istifadə olunur, qida zamanı salat və delikateslərə üstünlük verilir.
Bizdə isə hər gün mağazalardan zənbil-zənbil çörək alındığını, mərasim və məclislərdə nə qədər çörəyin israf olunduğunu görürük. Görünür, elə bu cür qidalanmanın nəticəsidir ki, ölkədə şişmanlıqdan və artıq çəkidən əziyyət çəkənlərin sayı ildən-ilə artır. Nə nəfsimizə hakim kəsilib çörəkdən imtina edə, nə də onun qədərini azalda bilirik.
Əslində heç bir həkim, diyetoloq və kulinar çörəyin birdəfəlik rasiondan çıxarılmasını təkid etmir, bunu iddia etmək heç düzgün də deyil. Orqanizm üçün çox zəruri olan bir sıra fermentlər var ki, həkimlər onun məhz çörəyin tərkibində olduğunu söyləyirlər. Lakin qida zamanı əsas ağırlığı da çörəyin üzərinə salmaq düzgün deyil. İlk növbədə qara undan bişirilən kəpəkli çörəklə qidalanmaq, özü də minimum miqdarda qəbul etmək lazımdır. Farslar demiş, kəm-kəm buxuru, həmişə buxuru. Yəni, az-az ye, həmişə ye...
Çörəyin çox yeyilməsi də əksər hallarda xəstəliklərə səbəb olur, şişmanlıq, piylənmə, artıq çəki, həzm, mədə-bağırsaq sisteminin işində problemlər yaradır. Söhbət heç də bütün nemətlərin şahı hesab edilən çörəkdən imtina etməkdən və menyudan çıxarmaqdan yox, onu qədərində yeməkdən gedir.
Necə deyərlər, qədərini bilməyən qədrini, qədrini bilməyən qədərini bilməz...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1594   Tarix: 03 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Şampun saç tökülməsinə səbəb ola bilər?

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil". xəbər verir ki, bu barədə rusiyalı dermatoveneroloq Eduard Buçarov deyib. "Şampun keçəlliyin səbəbi deyil. O, tərkibin

turlar.az

toy makiyajlari toy gecesi geyim seçimi sağlamliq hakistalar pəhriz diet xinayaxdi ucun sozler kosmetika xerceng usaq seirleri rus dilini oyrenek 2ci ders baldiza aid hakisda azerbaycan