Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
Türkiyəli müğənni Hadise sosial mediada yayılan səhnə geyimi tənqidlərinə sərt reaksiya verib.
azxeber.com xəbər verir ki, onun səhnədəki görünüşünü vulqar adlandırdıqdan sonra Hadise bu fikirlərə cavabsız qalmayıb.
O, sosial media hesabında "Qadınların bədənindən əllərinizi və dillərinizi çəkin" deyə qeyd edib.
Hadise, vəkilləri ilə birlikdə bu mövzu ilə bağlı hüquqi addımlar atdığını bildirərək, paylaşımının hədəfinin ümumilikdə qadınlara qarşı yönəldilmiş mənfi münasibət olduğunu vurğulayıb. O, sosial media paylaşımında keçən il Harbiye konserindən görüntülərin məqsədli şəkildə yayıldığını və bunun qadınların qorxudulmasına xidmət etdiyini qeyd edib.
Bu açıqlama qısa zamanda geniş rezonans doğurub və müzakirələrə səbəb olub. Hadise tərəfdarları onun qadın hüquqları və ifadə azadlığı mövzusunda sərt mövqeyini dəstəkləyib. Hadise isə fikrini dəyişməyəcəyini və davam edəcəyini bildirib.
Aysel









Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq