Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi ​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlama menyularında tez-tez qarşımıza çıxsa da, əslində göründüyü qədər məsum deyilmiş.
Milli.Az xəbər verir ki, ananasın həddindən artıq istehlakı orqanizmdə gözlənilməz fəsadlara və narahatlıqlara yol aça bilər.
​Bir çoxumuz ananas yedikdən sonra dildə və ağız boşluğunda yaranan o qəribə yanma və qıcıqlanmq hissi ilə qarşılaşmışıq. Bunun səbəbi ananasın tərkibindəki "bromelayn" adlı olduqca güclü fermentdir. Bu ferment zülalları parçalamaq qabiliyyətinə malikdir və hər nə qədər həzmə kömək etsə də, ağız boşluğundakı həssas toxumalara toxunduğu andan etibarən onları sanki "həzm etməyə" başlayır. Məhz bu səbəbdən ananas yeyərkən dildə qıcıqlanma və ağrı hiss olunur.
​Məsələ yalnız ağız boşluğu ilə bitmir; ananasın tərkibindəki yüksək fruktoza miqdarı onu bir növ "şəkər tələsi"nə çevirir. Təbii meyvə olmasına baxmayaraq, porsiya nəzarəti itdikdə qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur ki, bu da xüsusilə diabet riski daşıyanlar üçün ciddi siqnaldır. Bununla yanaşı, meyvənin asidik, yəni turşulu quruluşu mədə həssaslığı olan şəxslərdə qıcqırma və ağrılara səbəb ola bilir. Xüsusilə acqarına yeyildikdə bu mənfi təsirlər özünü daha qabarıq büruzə verir. Nadir hallarda olsa da, ananasın allergik reaksiyalara, qaşıntı və qızarıqlığa yol açma ehtimalı da unudulmamalıdır. Əlbəttə, bu faktlar ananası menyudan tamamilə çıxarmaq mənasına gəlmir, sadəcə bu faydalı meyvəni yeyərkən ölçünü qaçırmamaq və bədəninizin verdiyi reaksiyalara qarşı diqqətli olmaq vacibdir.
​Səkinə Yusifova
Milli.Az

Xəbərlər     Baxılıb: 997   Tarix: 07 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

kosmetik vasiteler yemek reseptleri toy gecesi salat reseptləri 2026 burcler hüquqşünas əkizlər bürcü kosmetika oglaq birlik haqqinda haxista efsaneler ana haqqinda bayati