Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanı

Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanıMütəxəssislərin araşdımalarına görə, uşaq bezləri xlorla ağardılır. Proses zamanı dioksin xaric olunur və bu maddə insan sağlamlığı üçün təhlükəli hesab edilən maddələrdən sayılır.
Demək olar ki, indi bütün analar körpələri üçün birdəfəlik uşaq bezlərindən istifadə edirlər
Uşaq bezləri anaların həyat keyfiyyətini artırdığı üçün çox az adam onun zərərləri barədə düşünür. Hətta yaşlı nəslin nümayəndələri də gənc analara baxıb "indi uşaq saxlamağa nə var ki, bağlayırsan pampersi, qoyursan saatlarla yatır" deyir.
Amma bir zamanlar bu uşaq bezlərini sadə pambıq bezlər əvəz edirdi. Düzdür, o zamanların uşaqları yuxudan tez-tez ayılır və analar çox yorulurdu. Amma uşaqlar sağlam böyüyürdü. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Təşkilatının hesabatına görə, dioksinlər xərçəng yaradıcı maddələrdir. Belə ki, onlar qaraciyər funksiyasına təsir edə, immunitet, sinir və hormon sistemini sıradan çıxara bilər.
ABŞ Biologiya Elmləri İnstitutunun araşdırması zamanı uşaq bezlərinin tərkibində tribütiltin - dənizçilikdə "zəhərli boya" olaraq bilinən və dəniz canlılarının gəminin altına yapışmasına mane olan kimyəvi zəhərli maddə də aşkar edilib. Alimlərin fikrincə, bezlərdə olan bu maddə insanlarda yağ hüceyrələrinin böyüməsinə və köklüyə səbəb olur. Bu maddə ilk dəfə 2000-ci ildə pampers Ultra quru körpə bezində aşkar edilib.
2000-ci ildə Almaniyada Keil Universiteti tərəfindən aparılan araşdırma zamanı körpə bezləri oğlan uşaqlarını bədən istiliyindən daha yüksək dərəcədə tutduğu üçün nəsilartırma qabiliyyətinin aşağı düşdüyünü müəyyən edib.
Bununla yanaşı, bezlərin tərkibində uçucu orqanik zəhərli maddələr - tolyen, ksilen və dipenten də mövcuddur. Bu zəhərli maddələr duyğu orqanları və həzm sistemi üçün təhlükəlidir. Orqanizmdə xərçəng yaranma riskini artırır. Həkim bildirir ki, körpə bezlərinin tərkibində müxtəlif boyalar, ətir maddələri və plastiklər də var.

Ailə və Uşaq     Baxılıb: 3133   Tarix: 09 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları donlar 2026 qadinlarda soyuqdeyme cəlil məmmədquluzadə banan pirojnasi tort reseptləri kosmetika vətənə aid bayatılar xerçeng prostat vətənə aid atalar sözləri bedii edebiyyat