Müxtəlif səbəblərdən qaynaqlanan sonsuzluq haqqında

Müxtəlif səbəblərdən qaynaqlanan sonsuzluq haqqındaMüxtəlif səbəblərdən qaynaqlanan sonsuzluq haqqında

Stresin ortadan qalxma vəziyyətində təbii yollardan hamiləliklərin meydana gəldiyi bildirilir. Xüsusilə sonsuzluq müalicələrinə cavab alına bilinməyən cütlərdə bəzən müalicənin kəsildiyi və cütə istirahət etmə şansı verildiyi aylarda özbaşına hamiləlik ola bilir.

Müasir dövrdə tibbin imkanları ilə ortaya qoyula bilməyən sonsuzluq vəziyyətlərində səbəbi açıqlana bilinməmiş sonsuzluqdur (idiopatik). Səbəbi açıqlana bilinməmiş sonsuzluq faktlarında rol oynayan psixoloji faktorların varlığı tam olaraq müəyyən deyil.

Səbəbi açıqlana bilinməmiş sonsuzluq termini günümüzdəki diaqnostik üsulların sərhədini göstərir. Diaqnostik üsullardakı irəliləmələrlə birlikdə bu qrupa daxil olan cütlərin sayı da azalacaq.

Kişi sonsuzluğuna səbəb olan faktorlar:

* İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) – 31 %.
* Varikosel – 15.6%.
* Hipoqonadizm -8.9 %.
* Urogenital infeksiyalar – 8.0%.
* Enməmiş xayalar (kriptorxizm) – 7.8%.
* Seksual faktorlar və sperma depolanmasının pozulması-5.9%.
* İmmunoloji sonsuzluq – 4.5 %.
* Sistem xəstəlikləri – 3.1 %.
* Obstruksiyalar – 1.7 %.
* Digər faktorlar – 5.5 %.

•Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya)
•Travma
•Böyrək çatışmazlığı
•Qaraciyər xəstəlikləri
•Xaya şişləri
•Xaya travması (yaralanma)
•Nevroloji (Sinir Sisteminə aid) patologiyalar
•Siqaret və spirtli içkilər (Spermanın sayını azaldır və quruluşunu pozur).

I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması)
1. Qəbul edilmiş dərmanlar
2. Keçirilmiş əməliyyatlar
3. Şəkərli diabet
4. Psixoloji pozuntular

II Oliqospermiya (azalmış sperma sayı)
1. Kriptorxizm (enməmiş xaya)
3. Varikosel (damar genişləməsi)
4. Dərman preparatları
5. Endokrin patologiyalar (hormonal pozuntular)

III. Azospermiya (spermanın olmaması)
1. Genetik faktorlar
2. Germinal aplaziya
3. Maturasiya arresti

IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması
1. Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez)
2. Sperma morfologiyasının pozulması (sperma qurluşunun)
4. İmmunoloji faktorlar
5. Səbəbi bilinməyən
6. Antispermal antibədənlər

Sonsuzluq şikayəti olan pasientin dəyərləndirilməsi:

Anamnez – pasientdən düzgün toplanmış anamnez diaqnozun 70%-dir.
İnfertil şikayəti – sonsuzluq müddəti, öncəki hamiləliklər (olub-olmaması), öncə aparılmış müalicələr.

Seksual anamnez – cinsi həyatı, libido (cinsi istək), Koitusun müddəti (cinsi əlaqənin müddəti), cinsi əlaqənin sayı və.s digər faktorlar.

Fizik müayinə ilə sonsuzluğa səbəb olan varikosel, xayalar, penis (kişi cinsiyyət orqanı) və ikincili cinsi əlamətlər müəyyən edilir. Penisin uzunluğunun kiçik olması (hipoqonadizm-hormon azlığı), uretradan (sidik kanalından) axıntının olması, infeksiyanın olmasını, xayaların həcminin ölçülməsi və s. müəyyən edilməlidir. Laborator testlər – ilkin olaraq ən az 2 sperma analizi verilməlidir. Əgər sperma sayı, hərəkətliliyi, quruluşu normal deyilsə, o zaman digər müayinələr aparılır (hormonal, genetik və.s).

Spermaqramma – kişi sonsuzluğunda ilk verilən analiz olmalıdır (ilk addım), 3-5 günlük cinsi pəhrizlə verilməlidir, analiz verilən zaman əllər sabunla təmiz yuyulmalı və mütləq analiz üçün ayrılmış klinikanın xüsusi bir otağında verilməlidir. Sperma analizi hormonal, digər problemlər haqqında çox önəmli məlumatlar verir. Spermaqrammaya baxılarkən sayı, hərəkətliliyi morfologiyası (quruluşu) ən önəmli göstəricilərdir.

Müalicə:

1.Medikal müalicə (dərman)
2.Cərrahi müalicə

Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili, həkim tərəfindən müəyyən edilmiş digər analizlər (həkimin istəyinə uyğun) baxılır. Hər hansı bir problem görülürsə səbəbə görə müalicə aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azdırsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.

Əgər sperma sayı azalıbsa: ümümi hərəkətli spermaların sayı 5 milyondan çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan az isə İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur.

İnseminasiya – hazırlanmış eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasını azaltmaqdır.

Məsləhətlər – istənilən bir problemin vaxtında müəyyən edilib müalicə edilməsi məqsədə uyğundur, əgər xayalar enməyibsə vaxtında həkimə müraciət etmək lazımdır (12-18 aylar arası xayalar endirilməlidir), ikincili cinsi əlamətlərin (tüklənmə, səsin dəyişməsi və.s) gecikdiyi zaman, keçirilmiş urogenital infeksiyaların varlığı hallarda, travma və s. bu kimi hallarda müayinə olunmaq lazımdır. Ən önəmlisi isə ailə qurmamışdan öncə müayinə olunmaq və tam əmin olmaq lazımdır (hər iki cins üçün önəmlidir).

Ailə və Uşaq     Baxılıb: 3409   Tarix: 27 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

turlar.az

qis geyimləri 2026 geymler 2026 qadın geyimi sərxan kərəmoğlu hamilə qadın salatların bəzədilməsi balqabaq tumu kosmetika pizza hakisdalar xerçeng klitor arxadan olmag