Müxtəlif xəstəliklərdə müxtəlif pəhrizlər
Çay dieti.
Gün ərzində 7 stəkan çay və hər dəfə 10 qram qənddən ibarətdir. Enterekolit və ishal zamanı təyin edilir.
Şəkər dieti.
Gün ərzində 5 stəkan qaynaq çay və hər stəkana 30-40 qram şəkər tozu. Bu diet xroniki kolit və ishal zamanı, qara ciyər xəstələrinə təyin edilir.
Düyü-kompot dieti.
Xanim.az immunitet.az-a istinadən bildirir ki, 1 kq meyvədən 1,5 litr kompot bişirilir, düyüdən kaşa hazırlanır. Gün ərzində 6 stəkan kompot içilir, 2 dəfə düyü kaşası yeyilir. Qara ciyər və podaqra xəstələrinə təyin edilən dietdir.
Alma dieti.a
Gün ərzində 2 kq alma 5-6 dəfəyə yeyilir. Günorta yeməyinə düyü kaşası əlavə etmək olar. Bu diet şəkərli diabet və piylənmədən əziyyət çəkənlərə şamil edilir.
Qaysı dieti.
0,5 kq qaysı qaynadılır, gün ərzində 5 dəfəyə yeyilir. Bu diet arterial təzyiqdən əziyyət çəkənlərə və artıq çəkisi olan ürək xəstələrinə təyin edilir.
Qatıq dieti.
2 saatdan bir 100 ml qatıq və ya südün içərisinə 50 qram quru çörək doğrayıb yeməkdən ibarətdir. Bu diet ürək-damar xəstələri üçün nəzərdə tutulub.
Ət dieti.
Gün ərzində 1 dəfə 250 qram yaxşı bişmiş ətin üzərinə müxtəlif tərəvəzlər doğranıb yeyilir. Şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tətbiq olunur.
Unutmaq lazım deyil ki, həkim məsləhəti olmadan diet saxlamaq sağlamlığınız üçün təhlükəli ola bilər.









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?