Myasnikovdan XƏBƏRDARLIQ: Oktyabr-noyabr aylarında

Myasnikovdan XƏBƏRDARLIQ: Oktyabr-noyabr aylarındaMəşhur rus həkim, televiziya aparıcısı Aleksandr Myasnikov kütləvi immunitetin yaranması üçün hər kəsin vaksin vurdurmalı olduğunu deyib.
Publika.az xəbər verir ki, "kp.ru"ya müsahibə verən həkim vaksinasiyanın hər il aparılacağı barədə proqnozlar verib.
- Ümumdünya Səhiyyə Təşkilatının və bir çox xarici tibb dərnəyinin vaksin olunan xəstələrə 6 aydan sonra yenidən peyvənd vurdurmağı tövsiyə etdiyini bilirik. Ancaq 1 ildən sonra yenidən peyvənd olunmaq barədə rəsmi tövsiyə yoxdur. Siz nə düşünürsünüz?
- Problem ondadır ki, hələ bilinməyən bir yolda gəzirik. Kimsə nələr olacağını dəqiq bilmir. Ancaq antikorların konsentrasiyasının zamanla azaldığı, immun yaddaş hüceyrələrinin də təxminən 6 ayda funksiyalarını itirməyə başladığı hamıya məlumdur. COVID-19 dalğalarla gəlir. Peyvəndin yenidən aktivləşdirilməsi yalnız 1-2 aya qədər qorunma təmin edir. Oktyabr-noyabr aylarında daha bir epidemiya olacaq. Buna hazır olmaq üçün yenidən vaksin olunmalısınız.
Ümumiyyətlə, lap əvvəldən bütün həkimlər ildə ən azı 1 dəfə vaksin olunmağın vacibliyini bildirmişdi. Koronavirusun gəldiyi müddətdə gördük ki, epidemiyalar ildə 2 dəfə baş verir. 3 aylıq epidemiya, 3 aylıq fasilə. 6 aydan bir peyvənd olunmaq həmişə lazım olacaq? Heç kim dəqiq bilmir. Yəqin ki, ildə 1 dəfə kifayət edəcək.
- Moskvada "Sputnik"in yeniyetmələr üzərində klinik tədqiqatları başlayıb. Siz nə düşünürsünüz: gələcəkdə uşaqların peyvəndlənməsinə ehtiyac olacaqmı?
- Uşaqların və hamilə qadınların peyvəndlənməsinə fərqli yanaşardım. Risk faktorları olan hamilə qadınların vaksinasiyasını dəstəkləyirəm. Buraya koronavirusa yoluxarsa, ölüm və ya ağırlaşma ehtimalı yüksək olanlar daxildir. Risk faktoru yoxdursa, ehtiyac görməzdim. Bu, mənim şəxsi fikrimdir.
Uşaqların vaksinasiyasına gəlincə, bir uşaq xəstə və zəifdirsə, bu, başqa məsələ. Normal böyüyən uşaqdırsa, uşaqlar üzərində peyvənd tədqiqatlarının nəticələrini gözləyərdim, bu, yalnız ölkəmizdə deyil, bütün dünyada baş verir.
- Vaksinasiya ilə yalnız özümüzü deyil, digərlərini də infeksiyadan qorumağa çalışırıq. Eyni zamanda bilirik ki, vaksin xəstəliyin ağırlaşmasının qarşısını alır. Lakin peyvənd olunanların xəstəliyin asimptomatik formasından nə dərəcədə qorunduğu məlum deyil...
- Bəli, bu, ciddi sualdır. Kütləvi immunitetə dair sözlər əslində mənə qar adamı haqqında danışmağı xatırladır. Hamı onun haqqında danışır, amma heç kim onu ​​görməyib. Şəxsən mən COVID-19-da kütləvi immunitetin əldə olunmasına və planet üzərində pandemiyanı dayandıracağına inanmıram.
Qərb şirkətləri, "Pfizer" və "AstraZeneca", həmçinin alimlər yekdilliklə deyirlər ki, vaksinasiyanın xəstəliyi asimptomatik keçirənlərə təsirini bilmirlər. Vaksin olunanların, eyni zamanda koronavirusu heç bir əlamət olmadan keçirənlərin xəstəliyi başqalarına ötürüb-ötürmədiyi məlum deyil. Amerikalılar bu barədə 6 ay əvvəl yazmışdılar. Hələ kimsə peyvəndin bu baxımdan nə qədər təsirli olduğunu söyləyə bilməz. Bəli, ciddi xəstəliklərdən, ölümlərdən qoruyur - statistika bunu göstərir. Həm də peyvənd burun boşluğundakı virus yükünü azaldır. Ancaq bunun asimptomatik şəxsdən peyvənd olunmayanlara yoluxma zəncirini kəsib-kəsmədiyini bilmirik.
Buna əsasən Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, peyvəndlənən insanlar müəyyən şərtlər altında maska taxmalıdır. Başqalarını da qorumalısınız. Kütləvi immunitet peyvənd olunmayanlara lazımdır. Buna nail olsaq, risklər azalacaq. Ancaq bu, hələ qeyri-müəyyən bir şey olduğundan hər kəs öz şəxsi qayğısına qalmağa davam etməlidir. Gəlin, vaksin vurdurub immunitet qazanaq!
- Delta ştammının yoluxuculuq qabiliyyəti sürətlə davam edir, insanlar isə artıq yorulub. Bu dəfə bizi nə xilas edəcək?
- Virus mutasiya edir və etməyə davam edəcək. İstənilən mutasiyanın yoluxuculuğu olacaq. Kütləvi vaksinasiyanın tədricən aparılması səbəbindən virusun ən güclü variantları sağ qalır. Onu özümüz törədirik.
Peyvəndlərə gəldikdə, 1 il əvvəl demişdim, sağlam gənc könüllülər üzərində aparılan araşdırmalar göstərir ki, effektivlik 90 faizdir. Peyvənd əhaliyə tətbiq olunduqdan sonra hər hansı bir vaksinin effektivliyi təxminən 50-60 faizə qədər azalır. Üstəlik, yeni ştammlar yaranmağa davam edir. Qrip virusunda da hər il yeni mutasiyalarla qarşılaşırıq. Qeyri-təbii heç bir şey olmur. Edə biləcəyimiz tək iş vaksinasiyadır.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1916   Tarix: 20 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi