Namiq Aygünün ona nə qədər pul xərcləməsindən danışdı: "Kişi xeylağı olaraq..."

Namiq Aygünün ona nə qədər pul xərcləməsindən danışdı: "Kişi xeylağı olaraq..."Evlənəndən bəri üzünü nə efirlərdə görmək olur, nə də tədbirlərdə. Mediadan da gen gəzir, jurnalistləri görəndə yolunu dəyişir. Deyir, yalnız yaxın dostlarının dəvət etdiyi məclislərdə görünür.

Bu dəfə də onu dostlarından birinin film təqdimatında gördük.

Namiq Qaraçuxurlu Yenicag.az-ın suallarını cavablandırmaqdan imtina etmədi. Sözün düzü, jurnalistlərdən qaçan meyxanaçı nəzakət xatirinə bizi qırmadı. Fürsət varkən, xalq artisti, pop-diva Aygün Kazımova ilə bağlı suallar da ünvanladıq.

– Namiq, evlənəndən sonra üzünü görə bilmirik…

– Üç ildir ki, bu qayda üzrə hərəkət edirəm. Evlənməmişdən qabaq da özümə söz vermişəm ki, az-az görünüm. Yalnız yaradıcılıq yeniliklərim olanda efirlərə çıxıram, saytlara müsahibə verirəm. Bu yaxınlarda "Soyuqdur" adlı mahnıma klip çəkdirdim. Bunun "rastkrutkası" ilə bir neçə dəfə efirlərə çıxdım, hətta düşünürəm ki, nəzərdə tutduğum həddi aşdım.
– Bir vaxtlar hansı kanala çevirirdik, səni orda görürdük. Efirlərdən, mediadan uzaqlaşmağına yəqin ki, ciddi səbəbin var?

– Bu qərarı verməyim sənətə dəxli olmayan adamların bu cameəyə ayaq asması ucbatından oldu. Dəfələrlə efirlərə dəvət aldım, amma gedib gördüm ki, bəzi aparıcıların incəsənətdən anlayışı belə yoxdur. Bəzi prodüserlər heç bilmirlər ki, sənət nə olan şeydir. Məqsəd yalnız bir-birinin ayağının altını qazmaq, pislik etmək, acılamaqdan ibarətdir. Ona görə də qaçdım o aləmdən.

– Belə anladım ki, aparıcılar sualları ilə sizi qıcıqlandırıb?

– Suallardan əlavə özlərini aparmaları, ağla-qaranı seçməmələri məni qıcıqlandırdı. Şou-biznesin qapıları birdən-birə açıldı və kimlərsə o qapıdan doluşdu içəri. Baxıb gördüm ki, ağıllı adamlar aradan çıxır, mən də məcbur qalıb çəkildim.

– Atalıq hissi həyatınızda nəyi dəyişdi?

– Həyatıma baxışım dəyişib. Xarakterimdə müəyyən dəyişiklikləri hiss edirəm, əvəzolunmaz duyğudur. Hər kəsə qismət olsun.

– Ailədə necəsən, sərt, yumşaq?

– Həm elə, həm də belə.

Xanımını efirlərdən, mediadan uzaq tutursan. Nə vaxtsa, üzünü görə biləcəyik?

– Düşünmürəm. Həyatdır, belə bir deyim var, heç vaxt, heç vaxt demə. Amma düşünmürəm ki, nə vaxtsa belə bir şey olsun.

– Aygün Kazımova ilə münasibətiniz necədir, buzlar əriməyib ki?

– Onu siz bilirsiniz də, daha niyə soruşursunuz ki?

– Mən hardan bilim? Yəni demək istəyirsiz buzlar əriməyib hələ…

– Hə.

– Sizə pullar xərcləməsi barədə söylədiyi sözləri qəlbinizi bərk yaralayıb deyəsən?

– Mən bunu o sözləri söyləyən insanın öz ixtiyarına buraxıram.

– Heç zəng edib, münasibətə aydınlıq gətirmədiniz?

– Ümumiyyətlə, o söhbətlər mənim on metrimə də yaxın gəlmədi. O barədə düşünmədim də, keçib getdi.

– Səmimi insansız və cavabınızın da səmimi olacağına əminəm. Nə vaxtsa, Aygün Kazımova sizə maddi yardım edibmi?

– O məsələləri xırdalamaq üçün uzun müddət vaxt lazımdır. Mən qocalmalıyam, yaşa dolandan sonra bu məqamlara aydınlıq gətirəcəm. Çünki kişi xeylağı olaraq, indi belə məsələləri danışmağı özümə yaraşdırmıram.

– Belə başa düşdüm ki, siz də ona pul xərcləmisiniz?

– Mən onu deyə bilmərəm. Bu, bizim aramızda olan şəxsi məsələlərimizdir və şəxsi olaraq da qalır.

– Hazırda münasibətiniz yoxdur eləmi?

– Bəli, yoxdur.

– Yəni heç vaxt barışmayacaqsınız?

– Bilmirəm, bunu zaman göstərəcək. Münasibət olaraq mən tərəfdən "salam-əleykim"var, onu deyə bilmərəm. Bu məsələlər mənim üçün çoxdan keçib və mövzu bağlanıb. İndi də bu söhbəti gündəm eləmək fikrim yoxdur.

– Bilirəm, nəzakət xatirinə suallarımı cavablandırırsınız. Şansımdan istifadə edib, Aygünlə bağlı heç yerdə etmədiyiniz bir etirafınızı eşitmək istəyirəm.

– Heyf ki, sizin nurlu simanıza "yox" deməli olacam. Bu barədə danışmaq istəmirəm.

– Yəni içinizdə rəğbət hissi qalmayıb?

– Bu barədə danışmaq istəmirəm. (gülür)

– Bax, indi qarşılaşsanız, ilk addımı ondan gözləyərsiniz, yoxsa, özünüz atarsınız?

– Zaman gələr, qarşılaşarıq, vəziyyətə uğun davranarıq. İndidən heç bir proqnoz verə bilmərəm.

– Belə başa düşdüm ki, çox incimisiniz ondan?

– Bu barədə bir dəfə demişəm, bir də sizə təkrar söyləyim: yenə də fikrimdə qalıram, mən Aygün Kazımovanı heç vaxt bağışlamayacağam.

– Məhz o məsələyə görə?

– Sizin bildiyiniz və bilmədiyiniz bir çox məsələlərə görə.

– Doğrudan aranızda sevgi yaşanmışdı?

– 38 yaşım var, azından 10 ildir səhnədəyəm. Heç vaxt bu barədə danışmamışam. Bu gün də o qanunları poza bilmərəm.

– Hər halda, 7 il az müddət də deyildi.

– Mənim üçün o zaman keçib.

– Aygün xanım bu gün sizin üçün maraqsızdırmı?

– Həyatda öz maraqlarım var, şəxsi maraqlarımı heç vaxt açıqlamıram.

– Onu bir sənətçi olaraq sevirsinizmi?

– Butün Azərbaycan sənətçilərinə hörmətim var.

– Yaxşı, onda Aygün Kazımovanın gözəl qadın olduğunu etiraf edirsinizmi?

– Azərbaycanda gözəl qadınlar çoxdur. (gülür)

Xəbərlər     Baxılıb: 2976   Tarix: 23 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

qadin dunyasi geyim seçimi donlar 2026 baliqqulagi at gucu nece hesablanir uşaq və təhsil maqazin kosmetika porno sperma mekteb sanamalar pizza