Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLAR

Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLARİnsanları ölümə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə, bəla sayılıb.
Çox təəsüf ki, "ağ ölüm"ə aludə olanların sayı gündən-günə artmaqdadır. Narkomaniya - insanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, onu çox asanlıqla öz "ağuşuna" ala bilir.

Hətta dünyada bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb. Bu siyahıya azərbaycanlı tanınmışları da əlavə etmək olar.

Məsələn, götürək Azərbaycan şou-biznesini, müğənnilər, aktyorlar arasında da narkotik istifadəçiləri az deyil.

Məşhur gitara ifaçısı, xalq artisti Rəmiş (Rafiq Hüseynov), mərhum repçi Hüseyn Dərya, "repin atası" hesab olunan Anar Nağılbaz, repçi Elşad Xose, mərhum müğənni Elçin Cəlilov və başqalarının adları bu konteksdə daha çox hallanır.

Onlardan xalq artisti Rəmiş uzun müddət narkotik istifadəçisi olub. Müsahibələrindən birində "Uşaqlıqdan narkotik istifadə edirəm. "Kubinka"da, "Dağlı məhəlləsi"ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi".

Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLAR

Mərhum repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb, həbsə də düşüb. Repçi bunu etiraf etmişdi: "Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm".

Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLAR

Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır, eləcə də müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotikdən asılılığının olduğu bildirilir. Ümumiyyətlə, əksər meyxanaçıların adının narkotik istifadəçisi kimi hallanması vəziyyətin nə qədər ürəkağrıdıcı olmasından xəbər verir.

Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLAR

Ümumiyyətlə, yerli şou-biznesdə narkotik aludəçisi olan istər qadın, istər də kişi müğənnilər var. Amma onlar bunu bacardıqları qədər gizlədirlər. Səbəbi isə gün kimi aydındır...
Narkotik madd düşkünü olan ulduzlarla işləyənlər müalicənin çox zaman ömürlük proses olduğunu deyirlər.

Narkoman olduğunu etiraf edən azərbaycanlı MƏŞHURLAR

Psixoloq Rəşad Rəhimbəyli BiG.AZ-ın müxbiri ilə söhbətində bu mövzu ilə bağlı danışır:

- Burada belə bir sual meydana çıxır: narkotik maddələrdən istifadə edən insanlar hansı ehtiyaclarını ödəyirlər? İnsanın özünü xöşbəxt hiss etməsi üçün beyində dopamin və serotonin hormonları istehsalı, ifrazı normada olmadır. Yaxud bu hormonlar normadan artıq olduqda insan özünü çox xoşbəxt və hüzurlu hesab edir. Bu zaman qan-damar sistemi, beyin qidalanması, onun işləmə mexanizmi də sürətlənir. Yəni xoşbəxt, problemsiz insan daha sağlam düşünə bilir.

Beyin narkotik vasitələrin qəbulunda dopamin və serotonin hormonlarının istehsalını artırmır. Çünki hər birimizin beynində depo olaraq, dopamin və serotonin hormonları mövcuddur. Narkotikə aludə olunan insanlarda bu hormonların normadan artıq istifadəsi prosesi baş verir. Bu da insanın özünü həddindən artıq xoşbəxt və enerjili hiss etməsinə səbəb olur.

Məşhur insanlar populyarlaşdıqdan sonra bir müddətdən sonra onlarda həyatdan zövq almaq duyğusu azalır.

Yəni şou-biznesdə olan insanlar sadə adamlardan fərqli olaraq, hər xırda şeydən əylənmir, zövq qalmırlar. Yəni onların həyat tərzi, əyləncələri, içki məclisləri ulduzlar üçün darıxdırıcı olur, mənasını itirir.

Artıq məşhur insan xoşbəxt olmaq üçün səbəblər tapa bilmir. Bu məsələnin bir tərəfi... Başqa faktorlara da toxunmaq istəyirəm. Məşhur simalar, adətən, şou-biznesdə olan insanların həzz alma duyğusundan məhrum olmaq səbəblərindən biri də odur ki, ətrafındakı insanların böyük əksəriyyətinin onların statuslarına görə yanlarında olduğunu hiss edirlər. Onlarda zamanla belə bir duyğu yaranır: məni həqiqətən, səmimi sevən yoxdur... Bu insanlar məhz statusuma görə yanımdadırlar. Beləliklə, həzz alma duyğusu itirilir. Və narkotik vasitələrdən istifadə edirlər, bu duyğunu doldurmağa, sanki dondurmağa çalışırlar. Narkotik vasitələrdən alınan zövq duyğusu, insanın ən təbii həzz duyğusu olan orqazmdan 3 min dəfə çoxdur.

Xəbərlər     Baxılıb: 8887   Tarix: 13 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

ÜST-dən hantavirus açıqlaması gəldi

Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri is

.

Tofu pendiri nədir, nəyə xeyri var?

Tofu soya südünün müxtəlif maddələrlə (kalsium sulfat, maqnezium xlorid və ya limon şirəsi) çürüdülərək lor halına gətirilməsi və sonra bloklar halında preslənməsi ilə hazırlanır.  xəbər verir ki, tofu bitki mənşəli olduğ

.

B12 çatışmazlığı üçün ideal 5 QİDA - gecə

Vitamin B12 çatışmazlığı yorğunluq, zəiflik və yaddaş problemlərinə səbəb ola bilər. Bu problemi təbii yolla aradan qaldırmaq üçün qidalanmaya diqqət etmək çox vacibdir. xəbər verir ki, aşağıdakı 5 qida B12 baxımından ə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu