Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI

Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDINarkozun zərərləri çoxlarını düşündürən və narahat edən suallardan biridir. Cəmiyyətdə belə fikir var ki, narkozdan sonra saç tökülməsi, yuxu problemi, yaddaş pozulması kimi halların baş verməsi riski yüksəkdir.
Publika.az xəbər verir ki, tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov bu mövzu barədə ətraflı məlumat verib. O bildirib ki, narkozun kim tərəfindən verilməsi vacib nüansdır.
"Çoxu elə bilir ki, xəstəni narkozdan ayıltmaqla iş tamamdır. Bəzi xırda görünən məqamlar nəzərdən qaçarsa, xəstə bunun fəsadlarını illərlə çəkə bilər. Çox edilən anestezioloq səhvlərindən bir neçəsini deyim:
1. Sedativ effekti güclü, amma ağrıkəsici effekti olmayan propofol ilə abort kimi xırda cərrahi prosedurun aparılması zamanı doza yüksək tutulduqda, xəstə ağrıya qarşı hərəki reaksiya verməyəcək. Amma bu, o demək deyil ki, xəstə ağrı hiss etmədi. Ayılanda da hər şeyi unudacaq. Lakin qeyri-adekvat analgeziya həmin insanda güclü stress törədir. Bundan nə cərrah, nə də xəstənin xəbəri olmur.
Narkoz insanda xərçəng yarada bilər - Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI2. Kapnoqrafiyasız əməliyyat. Kapnoqraf ya yoxdur, ya xarabdır, ya əhəmiyyət verilməyib, ya da anestezioloq heç bilmir ki, onun əyriləri həkimə nələri bildirir. Anestezioloq tənəffüs həcmini bədən çəkisinə əsasən seçir, ortalama tənəffüs sayı qoyur. Amma maddələr mübadiləsinin sürəti həmin xəstədə az olarsa, xəstənin hündürboyu nəzərə alınmazsa, tənəffüs asidozu yaranacaq. Bu zaman baş-beyin damarları genişlənəcək, anestetikə qarşı sinir toxumasının həssaslığı artacaq, verdiyiniz doza ona toksik təsir edəcək. Əksinə əgər maddələri mübadilərinin sürəti çox olarsa, xəstənin kiçik boylu olduğu nəzərə alınmazsa, hansı ki, tənəffüs alkalozu yaranacaq. Bu zaman əksinə baş-beyin damarları spazma uğrayacaq, anestetikə qarşı sinir toxumasının həssaslığı azalacaq və kq çəkiyə təyin edilmiş anestetik və narkotiklərin effekti az olacaq. Bu zaman xəstə əməliyyat vaxtı ayıq ola bilər, bütün danışıqları eşidər, güclü həyəcan və təşviş keçirə bilər. Lakin miorelaksant vurulduğu üçün tərpənə bilməz, həkimlərin də bundan xəbəri olmaz. Həmçinin əməliyyat zamanı ayılması barədə xəstə də çox vaxt məlumat verə bilmir, çünki narkoz dərmanlarından bəzisinin güclü amneziya törətmək qabiliyyəti var. Yəni xəstə ayıldığını unudacaq. Amma yaşadığı stress uzun müddət öz təsirlərini göstərəcək. Nəinki saç tökülməsi, hətta stressin təsirindən xərçəng belə ola bilər.
3. Narkotiklərə qənaət etdikdə də bəzən anestezioloqlar anestetikin dozasını və miorelaksanti artırır ki, xəstədə hərəki reaksiyalar olmasın, bu zaman da xəstə əməliyyatı hiss edə bilər.
4. Əksəriyyəti daim gözlərinin qabağında olan puls pletismoqrafiyanın nə üçün olduğunu bilmir. Çoxundan soruşuram ki, bu əyrilər nəyi göstərir? Deyir ki, oksigen saturasiyasını. Hansi ki, puls pletismoqrafiya vasitəsilə xəstənin ağrı hiss etməsini, ya əksinə anestetik dozasının çox olmasını asanlıqla görə bilərlər.
Bütün anestezioloqları pisləmək istəmirəm, çox gözəl mütəxəssislər var, amma bəzən adicə konturlardan sual verirsən, bilmirlər. Bunları açıq şəkildə etiraf etmək insanların həkimlərə qarşı inamını azalda bilər. Amma digər tərəfdən də xəstələr də bizim yaxınlarımızdır.
Bütün anesteziya fəsadlarını deyə bilmərəm. Bunlar bir neçə qrupa bölünür.
1. Anestetikin özünə qarşı fərdi həssaslıq və anestetikin yan təsirləri. Anestezioloq xəstəyə uyğun anestetiki seçməlidir.
2. Anestezioloqun texniki təcrübəsinin az olmasına görə yaranmış problemlər.
3. Narkozun düzgün idarə edilməməsi, xəstənin düzgün qiymətləndirilməməsi və s.
Müasir narkoz dərmanları ilə yüksək keyfiyyətdə aparılmış anesteziya saç tökülməsi, yuxu və yaddaş problemləri, əsəb pozulması vermir. Bunlar keyfiyyətsiz aparılmiş anesteziyaya görə xəstənin əməliyyatda aldığı stressin qalıq əlamətləridir.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2600   Tarix: 31 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

yaz geyimleri 2026 geyim və ayaqqabılar qadin sayti xolesistit 2026 payiz qis debi hüquqşünas yemək kosmetika novruz hakisdalari qiz evi haxista bir arzum var opusme ağır itki