Natavan və Röya qalmaqalına Səidə də qoşuldu: "Yazıq, ideya mənbəyidir"
Bir neçə gündür Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına bu dəfə Səidə Sultan da qoşulub.
Open.az xəbər verir ki, Natavan yeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onun bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.
Natavan və Röya hər gün İnstaqramda hekayə bölümündə yeni bir foto yayımlayaraq tarix yazaraq, ilk özünün bu addımı atdığını iddia etməyə çalışıb.
Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb. O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir" sözlərini yazıb.
Natavan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq" şərhini qeyd edib.(axşam.az)










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür