"Nə qədər sayta girirsinizsə, hamısını bir-bir izləyirlər" - Ekspert

"Nə qədər sayta girirsinizsə, hamısını bir-bir izləyirlər" 
Milli.Az xəbər verir ki, bunu, texnologiya eksperti, Rusiya Texnoloji Universitetinin süni intellekt laboratoriyasının rəhbəri Yuri Silaev deyib.
"Bir çox internet istifadəçisi qeydiyyatsız və ya "inkoqnito" rejimində saytlara daxil olmağın tam anonimlik təmin etdiyini düşünür. Lakin bu, yanlış təsəvvürdür.
18+ məzmunlu saytlar da daxil olmaqla, bütün internet resursları istifadəçinin rəqəmsal izini formalaşdırır, hətta hesab yaradılmadıqda belə. "Müasir analiz sistemləri yalnız IP ünvanını deyil, həm də davranış detallarını, hansı bölmələrin daha çox maraq doğurduğunu, baxış müddətini və istifadəçinin eyni kontentə neçə dəfə qayıtdığını qeydə alır. Bu məlumatlar birləşdirilərək maraqların tam profili yaradılır" - deyə mütəxəssis bildirib.
Silaevin sözlərinə görə, rəqəmsal barmaq izi texnologiyası hesab və ya kuki faylları olmadan da istifadəçini tanımağa imkan verir. "Hər bir cihazın özünəməxsus texniki göstəriciləri var - əməliyyat sisteminin versiyası, quraşdırılmış proqramlar, ekran parametrləri və digər xüsusiyyətlər. Bu məlumatların birləşməsi cihaz üçün unikal identifikator yaradır və beləliklə, istifadəçi fərqli saytlarda və sessiyalarda izlənilə bilir" - deyə o qeyd edib.
Toplanan məlumatlar süni intellekt sistemləri vasitəsilə analiz olunur. Alqoritmlər istifadəçinin psixoloji portretini formalaşdıraraq reklam təkliflərinin fərdiləşdirilməsində istifadə edir. "Tədqiqatlara görə, davranış məlumatlarına əsaslanan reklam seçiminin dəqiqliyi 70-80 faiz səviyyəsində ola bilər", - deyə Silaev vurğulayıb.
Ekspert xəbərdarlıq edib ki, bu məlumatların sızması fırıldaqçılar üçün ciddi fürsət yaradır. "Əgər məlumatlar kənara çıxarsa, dələduzlar istifadəçinin maraqları və vərdişləri haqqında tam təsəvvür əldə edirlər. Bu da saxta onlayn mağazalar və ya maliyyə təşkilatları adından hədəfli fırıldaq sxemləri qurmağa imkan verir", - deyə ekspert qeyd edib.
Mütəxəssis məlumatların qorunması üçün bir neçə əsas addım atmağı tövsiyə edib. Onun sözlərinə görə, izləməyə qarşı funksiyaları olan brauzerlərdən istifadə etmək, VPN xidmətlərini aktivləşdirmək və mütəmadi olaraq müvəqqəti faylları təmizləmək məxfilik səviyyəsini xeyli artırır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1255   Tarix: 13 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim dəbləri hamilelikde qidalanma toy makiyaji sekilleri maraqli toy ideyalari kəklikotunun faydası doğumu necə keçirtdim badimcan kartof kosmetika uşaq şeirləri vətən həsrətinə aid bayatılar xeyanet novruza aid hakışta rəksanə