Nəfəs darlığı və astma xəstəliyinə qarşı TƏBİİ VASİTƏLƏR

Nəfəs darlığı və astma xəstəliyinə qarşı TƏBİİ VASİTƏLƏRAstma tənəffüs yolu xəstəliyidir. Nəfəs darlığı, öskürək və döş qəfəsində sıxılma kimi əlamətlərlə özünü göstərə bilər. Bu problemlərin həlli üçün təbii üsullardan dəstək almaq mümkündür. Astma və təngnəfəsliyə qarşı müsbət təsir edən bir neçə təbii üsul var.
Qeyd edəcəyimiz bitkilər, meyvələr və qidalar nəfəs almağınıza kömək edəcək xüsusiyyətə malikdir, amma yenə də astma xəstəliyindən əziyyət çəkirsinizsə, bunları tətbiq etməzdən öncə həkiminzlə məsləhətləşməlisiniz.
Nəfəs darlığı nədir?
Nəfəs alma zamanı döş qəfəsində sıxılma, tənəffüs çətinliyi, nəfəs darlığı tənəffüs yollarında müxtəlif faktorlara bağlı olaraq daralma, mane və ya qan dövranında tıxanma səbəbiylə meydana gələ bilər. Astma, ürək çatışmazlığı, KOAH, ağciyər infeksiyaları, panik atak, anemiya, tənəffüs əzələlərində zəiflik kimi xəstəliklərlə də ortaya çıxan nəfəs darlığı adətən bu kimi bəzi xəstəliklərin əlaməti olaraq görülür. Məhz buna görə də nəfəs darlığı çəkənlərin vaxt itirmədən həkimə müraciət etmələri, həkimlərinin lazım bildiyi bütün müayinələrdən keçmələri böyük əhəmiyyət kəsb edir.
Nəfəs darlığına nə səbəb olur? Simptomlar hansılardır?
Yuxarıda dediyimiz kimi, nəfəs darlığı bir çox müxtəlif amillərə görə baş verə bilər.
Nəfəs darlığının ümumi bilinən səbəbləri bunlardır:
Astma
KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi)
Ağciyər infeksiyaları
Anemiya
Koronar arteriya xəstəliyi
Ürək böhranı
Ürək çatışmazlığı
Damarlarda laxtalanma
Emboliya
Ürək qapağı xəstəlikləri kimi digər ürək xəstəlikləri
Ağciyər fibrozu kimi digər ciddi ağciyər xəstəlikləri
Anksiyete və / və ya panik hücumları
Stress
Nəfəs darlığının ümumi əlamətlərini sadalayaq:
nəfəs darlığı hissi
nəfəs almaqda səbəbsiz çətinlik
sürətlə və ya əksinə, çox yavaş nəfəs almaq
sinə sıxlığı
sinə ağrısı
tənəffüs zamanı xırıltı
nəfəs alarkən cızıltılı səs
öskürək
həddindən artıq bəlğəm ifrazı
tərləmə və ya soyuqluq hissi
başgicəllənmə
bayılma və ya huşunu itirmə hissi
Nəfəs darlığına müsbət təsir edən təbii üsullar:
Kəklikotu çayı
Güclü antioksidant xüsusiyyətlərə malik bitki çaylarından biri olan kəklikotu çayı nəfəs darlığına birbaşa çarə olmasa da, iltihabəleyhinə və spazmolitik xüsusiyyətləri sayəsində tənəffüs yollarına təravətləndirici təsir göstərir.
Zəncəfilli qış çayı
Bildiyiniz kimi, zəncəfil, limon, bal, nanə kimi maddələrlə hazırlana bilən bir çox fərqli qış çayı var. Bu qış çaylarından nəfəs darlığına səbəb olan bəlğəm və öskürək kimi problemlərdən xilas olmaq üçün istifadə edə bilərsiniz.
Lavanda çayı
Biz artıq lavandanın bənzərsiz qoxusunu çox yaxından tanıyırıq və sevirik. Bu qoxunun arxasında əslində lavandanın bir çox faydası var. Antibakterial və iltihab əleyhinə xüsusiyyətləri sayəsində lavanda bronxial öskürəyi aradan qaldırır.
Bir çox tənəffüs problemlərinə yaxşı təsir edən lavanda çayı dəmlənərək istehlak edildikdə astma əlamətlərini yüngülləşdirməyə, stress və narahatlığı aradan qaldırmağa, bu səbəblərdən yarana biləcək panik atak problemini aradan qaldırmağa kömək
Adaçayı
Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində adaçayı tənəffüs xəstəliklərinə qarşı faydalı ola bilər. Sinüzit, astma və bronxit kimi xəstəliklərin simptomlarını aradan qaldırmağa kömək edir. Adaçayı bitkisini çayını dəmləyərək istehlak edə və ya adaçayı yağı ilə buxar banyosunda istifadə edə bilərsiniz.
Qara zirə yağı
İçə bilsəniz, yarım çay qaşığı qara zirə yağının astma və nəfəs darlığının müalicəsinə dəstək ola biləcəyi deyilir. Bundan əlavə, onu saf və sızma zeytun yağı ilə qarışdıraraq salatlarınıza əlavə edə bilərsiniz.
Keçibuynuzu
Keçibuynuzu və ya keçiboynuzu bəkməzinin istehlakı ağciyərləri gücləndirə, nəfəs almağı asanlaşdıra və uzun müddətdə tənəffüs yollarının sağlamlığını qoruya bilər.
Nanə çayı
Tərkibindəki efir yağları ilə bədənə təravət verən nanə həm təzə, həm də qurudulmuş formada istifadə edə biləcəyiniz faydalı bitkidir. Tənəffüs yollarından həzm sisteminə, başdan ayağa bədənə fayda verə biləcək nanəni çay dəmləyərək istehlak edə bilərsiniz.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1815   Tarix: 06 iyun 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 qadin sayti hamilə qala bilmək qadın müdafiəsi kitayski roza şorbalar kosmetika hekaye janri novruz hakistasi toy gecesı google aybawi