Nevroz müalicə olunmazsa nə baş verir?

Nevroz müalicə olunmazsa nə baş verir?Nevrozlar - sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.
Nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.
Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri aşağıdakılardır:
- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.
- Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.
- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.
Nevroz - ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.
Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.
Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:
- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına "kömək" edir.
- Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.
- Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1519   Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az