Nəyə görə 5-6 yaşa qədər uşaqlar daha çox xəstələnir? - İnfeskionistdən açıqlama

Nəyə görə 5-6 yaşa qədər uşaqlar daha çox xəstələnir? - İnfeskionistdən açıqlamaKəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir.
Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya Institutunun həkim-infeksionisti Günay Əliyeva açıqlama verib.
"Kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər.
Qeyd etmək istərdim ki, qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür.
Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir. Tövsiyə olunur ki, valideynlər uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar.
Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə aparılmalıdır.
Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni, xəstəliyin simptomlarını azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir. KRVİ virusları tərəfindən törədildiyindən, antibiotik təyini əsassızdır. Lakin bəzi hallarda ikincili infeksiya qoşularsa, ağırlaşma verə bilər. Bunlardan otitləri, sinusitləri, pnevmoniyaları, meningitləri və s. göstərmək olar. Bu zaman ağırlaşmaların qarşısını almaq üçün həkim məsləhəti ilə antibiotik terapiya təyin olunmalıdır".
Həkim mövsümi xəstəliklərdən qorunmaq üçün valideynlərə tövsiyələr verib:
"Profilaktik tədbirlərə əməl edərək KRV xəstəliklərindən qorunmaq mümkündür. Bu xəstəliklər, ilk növbədə, hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdı. İkinci yoluxma yolu isə kontakt yoludur. Bunun üçün əllərinizi tez-tez yuyun. İnsanların çox olduğu qapalı yerlərə mümkün qədər az gedilməli, evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin, immun sisteminizi yaxşı vəziyyətdə saxlamaq üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayət etməli, stresdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdı. Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Bu qaydalara riayət edərək virus xəstəliklərini yüngül keçirə və heç yoluxmaya bilərik.
Bununla belə, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri də peyvəndlərdir. Peyvəndlər erkən yaşda aparılmalıdır, çünki bu yaşda uşaqlar təhlükəli xəstəliklərə daha çox məruz qalırlar".
Milli.Az

Xəbərlər     Baxılıb: 1471   Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj etmek qaydalari hamiləlik geyim necə seçməli geyim kombinasiyalari kısa saç düzümləri artiq cekiden azad olmaq hamilə qadın kosmetika dolça qurd ve quzu məsəllər aybawi sanama