Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur? - Alimlərdən XƏBƏRDARLIQ

Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur? - Alimlərdən XƏBƏRDARLIQQanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək olması heç kimi sevindirmir. Əksinə bu nəticə həkimləri qorxudur və daha ağır nəticələrdən şübhələndirir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Danimarka alimləri bildirib ki, orqanizmdə B 12 səviyyəsinin kəskin artması xərçəng riski ilə sıx bağlıdır.
B 12 vitamin kimi bir sıra ət məhsulları, yumurta, süd məhsullarında çoxdur. Bu vitamin qan tərkibi, DNT və sinir sistemi üçün çox vacibdir.
B 12 yeganə vitamindir ki, qaraciyərdə ehtiyat kimi yığılır və akkumlyator rolunu oynayır. 
Orxes Xəstəxanasının mütəxəssisləri təyin edib ki, bu vitaminin kəskin yüksəlməsi və qaraciyərdə çox depolanması artıq orqanizmdə xərçəng riskinin yaranmasına işarə ola bilər.
Bu nəticəyə onlar 333 min xəstə üzərində apardıqları müşahidərlər əsasında gəlib. Tədqiqatın əvvəlində onlardan heç biri xərçəng xəstəsi deyildi. 1998-2010-cu illər ərzində bu insanlarda müxtəlif analizlər, eyni zamanda qanda B 12-nin  miqdarı ölçülüb. 
Müqayisələr göstərdi ki, göstəricisi 800 pmoldan çox olan xəstələrdə sonradan xərçəng aşkarlanıb. 
5 illik nəticələrin sonunda anomal miqdarda B 12 vitamini çox olan şəxsrlərdə qan xərçəngi və siqaretə bağlı ağciyər xərçəngi, qaraciyər və bağırsaq şişləri aşkarlanıb. 
Alimlər onu da bildirir ki, orqanizmdə B 12 heç də qidalanmadan çoxalmır. Həmin insanlar B 12 ilə zəngin ərzaqları çox yemirdi. Orqanizmdə bu vitaminin anormal çoxalması hansısa bədxassəli prosesin nəticəsidir. 
Bundan öncə isə tibbdə B 12 miqdarı normadan 2-3 dəfə çox çıxan insanlarda qan xəstəliyi, qaraciyər xəstəliklərindən şübhələnir və daha dəqiq müayinələr aparılırdı.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1676   Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri makiyaj instagram elm haqqında atalar sözleri körpə və ona qulluq qarın yağları döş əmən kişilər kosmetika qurd ve quzu novruz bayramı haxışta salatlar gəncə hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz