Nigar Camal qızlarından danışdı: "İstəmirəm ki, müğənni olsunlar"

Nigar Camal qızlarından danışdı: "İstəmirəm ki, müğənni olsunlar"Xəbər verdiyimiz kimi, dünən Nigar Camalın sözləri Fərid Pənahova, musiqisi "Flamingo Records"a aid olan "Get həyatımdan" adlı mahnısına çəkilən klipinin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, sənətçi yeni layihəsi haqqında fikirlərini bizimlə paylaşıb və bildirib ki, ekran işinin yutubda nə qədər izlənməsi bir o qədər də əhəmiyyət kəsb etmir:

"Nə qədər uğurlu olacağı barədə heç nə deyə bilmərik, klip yeni çıxıb. Hər halda ümid edirəm ki, tamaşaçılar üçün maraqlı olar. Mənim üçün ən önəmlisi odur ki, mahnı və klip yüksək səviyyədə olsun. Klipin yutubda nə qədər baxış sayı toplaması isə ikinci dərəcəli məsələlərdir, bunun bir o qədər önəmi yoxdur".

Müğənni daha sonra bildirib ki, klipdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə birlikdə rol alıb:

"Murad çox istedadlı oğlandır, onunla birgə çalışmaq gözəl təəssüratlarla yadda qaldı. Bu, onun ilk işi olmasına baxmayaraq, rolunu çox peşəkarcasına oynadı".

Nigar Camal Murad Qulubəyli ilə sevgili olması haqqında yayılan şayiələrə də aydınlıq gətirib:

"İnsanlar xoşlayır ki, müğənni kimlə duet oxuyursa, onları sevgili etsin. Eldar Qasımovla "Eurovision" müsabiqəsinə gedəndə, dedilər ki, sevgilidirlər. Miri Yusiflə duet oxuduqdan sonra da sevgili olduğumuzu düşünənlər oldu. Sonra Dima Bilan ilə klip çəkdirdik, yenə eyni hal baş verdi. Düşünürlər ki, hər duet oxuduğun ifaçı ilə aranda nə isə olur. Əlbəttə ki, belə deyil".

Diqqəti və qayğını sevdiyini deyən ulduz etiraf edib ki, qəlbini fəth edə biləcək insan çox qayğıkeş olmalıdır:

"Yaşla bağlı kompleksim yoxdur, həm də yaşımı göstərmirəm. 38 yaşım olsa da, xeyli cavan göründüyümü düşünürəm. Odur ki, özümdən yaşca kiçik insanla sevgili ola bilərəm, problem yoxdur".

"Qızlarınızın sənətçi olmasınızı istərdinizmi" sualına isə Nigar Camalın münasibəti belə olub:

"Kiçik qızım gimnast olacaq. O, neçə ildir ki, gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Böyük qızım isə hələ qərar verməyib. Heç birinin nə müğənni, nə də şou-biznes nümayəndəsi olmasını istəməzdim. İngiltərədə dünyaya gələn və orada boya-başa çatan uşaqlardır. Onların psixologiyası və mentaliteti tam fərqlidir".

Şou Biznes     Baxılıb: 2327   Tarix: 21 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

turlar.az

qadın geyimi aksessuarlar toy gecesi sizanaqlara qarsi maska morugun faydalari arıqlama pəhriz faydalı qidalar kosmetika nağıllar novruza aid hakista kökəlmək üçün eqreb veten haqqinda atalar sozu