Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - VİDEO
"Eurovision 2011" qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib.
Open.az xəbər verir ki, sənətçilərin "Şəhidlər" adlı klipi "Youtube" video portalında paylaşılıb. Musiqisi İsmayıl Əsədova, sözləri Zəminə Xınalıya məxsus mahnının videosunda Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.
"Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik", - deyə Nigar Camal bildirib.
Qeyd edək ki, mahnının videosu Rasif Əliyevə, aranjimanı isə Samir Sultanova, yayım hüququ isə "mikpro"ya məxsusdur. Onu da bildirək ki, müğənnilər bundan öncə "Nəfəsim, qəlbim" adlı duet təqdim etmişdilər.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey