Nişanlı olan müğənni Talıb Taleyə efirdə ŞOK: "Məni almadı, gedib başqası ilə nişanlandı" /foto
Müğənni Talıb Tale Xəzər TV-də yayımlanan "Ay Zaur" verilişinin qonağı olub.
BiG.AZ xəbər verir ki, ifaçı verilişdə şok yaşayıb. Belə ki, kimliyini gizli saxlayan bir xanım Talıbın eks sevgilisi olduğunu deyib:
"Talıb məni, mən də Talıbı çox sevirdim. Münasibətimizin ciddi olduğunu düşünürdüm. Günlərin bir günü Talıbdan elçilik məsələsi barədə soruşdum. O isə mənə evlənməyi düşünmədiyini, karyera qurmaq istədiyini söylədi. Onda Talıb müğənniliyə yenicə başlayırdı. O bilmir, amma mən depressiyaya düşdüm. Sonra isə eşitdim ki, nişanlanıb. Özümü pis hiss edirdim ki, Talıb məni almadı, başqası ilə nişanlandı. Halbuki məni çox sevdiyini deyirdi. Başa düşə bilmədim ki, niyə belə etdi. Yenə də xoşbəxt olsun deyirəm. Başqa nə deyə bilərəm ki?!".
T.Tale isə həmin xanımı tanımadığını söyləyib:
"Bu günə kimi heç bir qıza "Səni sevirəm" sözünü deməmişəm. Bu xanımı tanımıram. Nə səsi, nə də özü tanış gəlmədi".










Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)